Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir. İtaliya üç aylıq fasilədən sonra 2024-cü ilin martında Rusiya platininin idxalını bərpa edib. "RİA Novosti" bu barədə Avropa Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verib. Belə ki, Roma ötən ilin dekabrında Rusiya Federasiyasından bu qiymətli metalın müntəzəm alışını dayandırıb və fevral ayına qədər fasilə verib. Mart ayında İtaliya yenidən alışa başlayıb - cəmi 32,6 milyon dollar dəyərində 980 kiloqram platin idxal edilib. Rusiya Federasiyasından platin alan bütün alıcılar arasında cari məlumatlara görə, bu ilin mart ayında ən böyük - 140 milyon dollar alışla Honq-Konq, Çin (107 milyon dollar) və ABŞ (94 milyon dollar) olublar. Xatırladaq ki, platin gümüşü-ağ qiymətli metaldır. O, planetin ən bahalı və nadir metallarından biridir. Milli Reytinq Agentliyinin məlumatına görə, Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir. Bu qiymətli metalın digər əsas istehsalçıları Cənubi Afrika (140 ton) və Zimbabvedir (15 ton). Bundan əvvəl Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsinin mart ayında 1,5 dəfə artdığı bildirilib. Hazırda ticarət dövriyyəsi 471 milyon dollar təşkil edir.