Gələn ilin büdcəsi: Maaş və təqaüdlər nə qədər artacaq?
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabr ayı üzrə açıqladığı inflyasiya göstəricisinə görə, sentyabr ayında inflyasiya 10.9 faiz təşkil edib.

Bu isə əvvəlki ayla (avuqst) müqayisədə 0.8, ötən dövrün eyni dövrü ilə müqayisədə isə 2.5 faiz bəndi azdır.

İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə Azərbaycanda 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.

Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə qeyd edilir ki, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı, əhalinin sosial rifahına da müsbət təsir edəcək.

Proqnozlara əsasən, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır.

Qeyd edək ki, inflyasiya ölkədə bütün sahələrlə sıx bağlıdır və siyasi pöroseslər, iqtisadi dəyişikliklər, büynəlxalq münasibətlər və s. inflyasiyaya təsir edir.

Beləliklə, inflyasiyanın artmasına həm xarici, həm də daxili amillər səbəb ola bilər. Ölkəmizdə inflyasiya ötən il rəsmi rəqəmlərdə göstərilənlərdən daha yüksək oldu. Hazırkı rəsmi rəqəmləri nəzərər alsaq bu, pensiya və əməkhaqqı artımlarına necə təsir edəcək?

DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, rəsmi inflyasiya rəqəmlərinin hesablanması ilə bağlı parametrlərin, yanaşmanın, tendensiyaların dəyişməsinə ehtiyac var:

"Çünki rəsmi inflyasiya rəqəmləri hesablanarkən böyük bir məhsul və xidmət zənbili götürülür ki, bu da rəqəmlərin yumşaq alınmasına səbəb olur. Əslində bir çox ölkələrdə inflyasiyanın insanların gündəlik həyatına, dolanışığına, gəlirlərini təsirini ölçmək üçün 30 adda ən vacib gündəlik tələbat məhsulları və xidmətlərinin qiymətlərinin dəyişilməsi götürülür.

İnsanlar onsuz da gündəlik həyatında yüzlərlə adda məhsulu istifadə etmirlər. Azərbaycanda məhz 30 adda gündəlik tələbat məhsulları da, yəni kartof, soğan, meyvə, un məmulatları, qarabaşaq, düyü, ət kimi kənd təsərrüfatı məhsullarını götürsək, burada qiymət dəyişikliyi daha yüksəkdir. Birincisi, bu məsələyə diqqət yetirmək lazımdır".

Ekspert deyir ki, ikincisi, Azərbaycanın gələn il büdcəsinin parametrləri artıq elan edilib, hələ qəbul olunmayıb, Milli Məclisdə müzakirələr başlayacaq:

"Burada sosialyönümlü xərclərin 5 faizə yaxın artdığı görünür. Yəni elə də ciddi artım yoxdur. Bu onu deməyə əsas verir ki, gələn ilin büdcəsi qəbul olunandan sonra insanların əməkhaqqları və təqaüdlərində kəskin artımın olacağı ehtimalı çox aşağıdır.

Ən yaxşı halda 5-10 faiz artma ehtimalı var. Ancaq inflyasiya insanların gəlirlərini yeyib-bitirən bir anlayışdır. İnflyasiya nə qədər yüksək olsa, insanların real gəlirləri bir o qədər azalır. Ona görə də inflyasiya ilə mübarizə Mərkəzi Bankının, hökumətin də əsas prioritetləri olmalıdır.

Ancaq yalnız uçot dərəcəsini artırmaqla, sırf maliyyə-kredit siyasəti yürütməklə inflyasiyanın qarşısını almaq çətindir. Rəqabətli mühiti gücləndirmək lazımdır ki, necə güclənsin və bu qiymətlərin tənzimlənməsində necə pozitiv rol oynaya bilər. Məhz məhsul bolluğu və rəqabətli mühitlə bağlı hökumətin görəcəyi çox iş var

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti