“Siqaret, spirtli içkilərin qiymət artımını mərhələli şəkildə həyata keçirtmək lazımdır. Çünki hər ikisi insan orqanizmi üçün ziyanlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Onun sözlərinə görə, sözügedən məhsulların bahalaşması qanunvericiliklə tənzimlənir:
“Bahalaşma iki istiqamətdə ola bilər, ya məhsulun biznesi ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən, ya da qanunvericiliyin tələbi ilə. Qanunvericilikdə bu gün hər hansı bir dəyişiklik olunacağı ilə bağlı elan verilməyib. Hökumət qərarları deyəndə xüsusi ilə verginin, idxal rüsumunun, ya da aksis markasının artırılması nəzərdə tutulur”.
Ekspert qeyd edib ki, siqaretin qiymətinin bahalaşması biznesi idarəedənlər tərəfindən həyata keçirilir.