Luka Skieppati:
Trans-Adriatik Boru Kəməri (TAP) kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropaya 27 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun da 23 milyard kubmetrdən çoxu İtaliyaya ixrac edilib.

Bunu TAP-ın icraçı direktoru Luka Skieppati İtaliyada keçirilən Enerji Sammitində çıxışı zamanı deyib.

“Buna görə biz, mahiyyət etibarı ilə, tədarükün təhlükəsizliyinə və bazar likvidliyinə töhfə vermiş olduq. Bu, uzunmüddətli müqavilələrin istismara verilməsi ilə bağlı görülən işlər nəticəsində baş verdi. Bu müqavilələrə əsasən, ildə 10 milyard kubmetr qaz nəql edilir və onun da 8 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Qaz kəmərindən getdikcə daha çevik istifadə edirik, bizdə qazı adətən olduğu kimi, şərqdən qərbə yox, həm də qərbdən şərqə nəql etməyə, həmçinin qazı Yunanıstandan Avropaya çatdırmağa imkan verən məhsullar var”, - L.Skieppati bildirib.

Onun sözlərinə görə, bu, məsələn, Yunanıstana keçən il qazı İtaliyanın anbarlarında saxlamağa imkan verib və bu da ona çeviklik verib.
“Biz bu istiqamətdə işləri davam etdirməliyik ki, gələcəkdə uzunmüddətli müqavilələr əsasında Xəzər dənizindən Avropaya birbaşa daşınma olan nəqliyyat xidmətlərinin belə davamlılığını təmin edək”, - L.Skieppati söyləyib.

İcraçı direktor vurğulayıb ki, TAP 2022-ci ildə İtaliyanın qaz tələbatının 15 %-ni təmin etdiyi üçün tamamilə strateji əhəmiyyət kəsb edir.

Qeyd edək ki, TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən qazın Avropaya nəqli üçün nəzərdə tutulub.

2022-ci ildə Azərbaycan qaz ixracını 18 % artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya təchizat 11,4 milyard kubmetr (39 % artım ilə) təşkil edib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya qaz təchizatı 10,325 milyard kubmetr (43,1 % artım ilə) təşkil edib.

“Eurostat”ın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində təbii qaz idxal edib (illik müqayisədə 4 dəfə artım). Hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (3,9 dəfə artım) təbii qaz idxal edib.

2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12-12,5 milyard kubmetri Avropaya göndəriləcək.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Şamaxı Humanitar Kollecinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
19 Aprel 2025 Yalnız iki İcra Hakimiyyətinin tenderlərini udan şirkət: “Eko Ferma Azərbaycan” MMC
19 Aprel 2025 “Real Tibb Mərkəzi”-nin vergi borcu üzə çıxıb - FOTO
19 Aprel 2025 Azərbaycanın dövlət borcu AÇIQLANDI
19 Aprel 2025 Qarabağın QHT işğalı (I yazı)
18 Aprel 2025 Gömrük generalının qardaşı ölkədən külli miqdarda pul çıxarıb…
18 Aprel 2025  Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar – Tam siyahı
18 Aprel 2025 DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var - Hesablama Palatası
17 Aprel 2025 Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb – Rəsmi
17 Aprel 2025 Dövlət Agentliyi: I rübdə 56 min manata yaxın vəsait istehlakçılara qaytarılıb
17 Aprel 2025 ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
17 Aprel 2025 “Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
16 Aprel 2025 Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan ... - NƏ ETMƏLİ?
16 Aprel 2025  Daha çox hansı bank kartlarından pul oğurlanır? - AKTUAL
15 Aprel 2025 Bu bank kredit verə bilmir, verdiyini də geri ala bilmir - TƏFƏRRÜAT
15 Aprel 2025 Dollarla bağlı VACİB MƏLUMAT...
15 Aprel 2025 Azərbaycan siqaretin bir “paçka”sını Rusiyaya 35 qəpiyə satıb
14 Aprel 2025 Tezliklə çətinliklər başlayacaq: “Hazır olmalıyıq” - Dünya ŞOKDA!
13 Aprel 2025 Trampın Çinlə ticarət müharibəsində "həssas nöqtəsi" tapıldı
12 Aprel 2025 Son bir ildə ölkədə hansı məhsullar bahalaşıb?- SƏBƏBLƏR

Dünyapress TV

Xəbər lenti