Vergi borcu olan şirkət daha 2 tenderin qalibi olub.
32gun.az-ın məlumatına görə, hazırda dövlətə 59 min 115 manat 37 qəpik vergi borcu olan "AE UNION" MMC “Dövlət satınalmaları haqqında” Qanunu "çeynəyərək" tenderlərə qatılaraq qalib olub.
Sözügedən MMC "AZƏRSU" ASC-nin Mobil terminal, planşet və printer avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi tenderdə qalib olaraq 775.555 AZN qazanıb.
"AE UNION" MMC "AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI" ASC-nin Maşın və avadanlıqları tenderində də qalib olaraq 37.424,88 AZN-lik müqaviləyə imza atılıb.
Nizamnamə kapitalı 2000 manat olan şirkətin qanuni təmsilçisi ANAR AĞAYEV ZAKİR OĞLUdur.