“Nant” ikinci qolu vurdu. Moses Simon, 90+4-cü dəqiqədə fərqləndi. *** Filip Ozobiç 56-cı dəqiqədə hesabı bərabərləşdirdi. *** "Nant" hesabı açdı. Ludovik Blas 17-ci dəqiqədə fərqləndi. *** Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb. Bakupost.az bildirir ki, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.