Şənbə günü Astanada keçirilən turnirin finalına yüksələn 21 qat Böyük Dəbilqə çempionu Novak Cokoviç avtobioqrafik sənədli film buraxmağı planlaşdırıb.
O, yeni kitab yazacağını da deyib.
“Bəli, hazırda sənədli film üzərində işləyirəm, bu yaxınlarda təqdim olunacaq. Mən dəqiq nə vaxt bilmirəm, amma ümid edirəm ki, növbəti altı ay ərzində. Kitab yazmaq planlarım da var. İlk kitabım “Qazanmağa xidmət et” əsasən pəhrizim, eləcə də karyeramın əvvəlində etdiyim dəyişikliklər haqqında idi. O, on il keçsə də, hələ də oxucular tərəfindən tələb olunur. Ona görə də yeni kitab da yazacağam”, - deyə Cokoviç qeyd edib.