|
UEFA Avropa Liqasının ilk 2 turundan sonra statistikanı açıqlayıb.
Qol.az xəbər verir ki, Azərbaycanın bu yarışdakı yeganə təmsilçisi “Qarabağ” bir sıra müsbət göstəriciləri ilə diqqət çəkir.
2 oyuna 4 qol vuran Ağdam təmsilçisi ən çox fərqlənən komandalar sıranda 6-cıdır (daha 7 komanda da 4 qol vurub). Bu göstəricidə lider Niderland “Feyenoord”udur (8 qol).
Qapıya ən çox zərbə endirən komandalar sırasında “Qarabağ, “Frayburq” və “Latsio” 4-cü yerdədir – hər biri 30 zərbə. İlk üç yerdə müvafiq olaraq “Roma” (48), “Trabzonspor” (41) və “Betis” (37) qərarlaşıb.
“Qarabağ”ın vurduğu bu zərbələrdən 13-ü çərçivəyə gedib. Bu göstəricidə isə onlar 5-cidirlər (liderlər “Betis” və “Roma”da 15).
“Qarabağ” künc zərbəsi vurmada 13-cüdür – 9 dəfə (liderlər “Renn” və “Roma”da 16).
Digər göstəricilərdə durum belədir:
Topa sahib olma:
1. “Arsenal” – 68 faiz
7. “Qarabağ” – 57 faiz
Dəqiq ötürmə:
1. “Bude-Qlimt” – 89,5 faiz
18. “Qarabağ” – 80,5 faiz
Futbolçulara gəlincə, “Qarabağ”lı Kadi ən çox künc zərbəsi vuran oyunçular sırasında 3-cü yerdədir (9 dəfə).
Şahruddin Məhəmmədəliyev 8 seyvlə 6-cı, Bədavi Hüseynov dəqiq ötürmə edənlər arasında 13-cü (128 ötürmə), Ovusu çərçivəyə ən çox zərbə vuranlar arasında 10-cu (3 dəfə), Kadi və Ovusu qapıya ən çox zərbə endirən futbolçular arasında 12-ci yeri tutur (hər biri 6 dəfə).