Türkiyənin "Başakşehir" klubunda çıxış edən Almaniya millisinin sabiq futbolçusu Mesut Özil sosial şəbəkədə Azərbaycan - Ermənistan sərhədində baş verən erməni təxribatı ilə bağlı paylaşım edib.
Futbolçu 24 milyon izləyicisi olan şəxsi instaqram hesabında ölkəmizə dəstəyini ifadə edib. 
Özil Azərbaycan və Türkiyə dövlət bayraqlarını paylaşaraq "Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən atışmalarda şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət və kədərli ailələrinə başsağlığı verirəm" sözlərini yazıb. 
b_400_300_16777215_00_https___baku.ws_uploads_posts_2022-09_1663243632_befunky-collage-2022-09-15t125544_289.jpg