Dünya çempionatı: Azərbaycanın bir cüdoçusu qızıl, digər idmançı bürünc medal qazanıb
Perunun paytaxtı Limada keçirilən yeniyetmələr arasında dünya çempionatında iştirak edən Azərbaycan cüdoçuları - Cəsur İbadlı və Mehdi Abbasov medallar qazanıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Məlumata görə, Cəsur İbadlı (73 kq.) qızıl medala sahib olub. Mehdi Abbasov (81 kq.) isə bürünc medal qazanıb.

Azərbaycan 5 çəki dərəcəsində 7 nəfərdən ibarət heyətlə təmsil olunur. Yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərovun rəhbərliyi altında yarışda Bahadır Feyzullayev, Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (81 kq) və Sübhan Axundov (90 kq) mübarizə aparırlar.

Dünən dünya çempionatında 2 çəki dərəcəsində 3 cüdoçumuz güclərini sınayıb. Yarışın üçüncü günündə oğlanlar arasında 73 kq. çəkidə Cəsur İbadlı, 81 kq. çəkidə Mehdi Abbasov və Əli Qazıməmmədov tatamiyə çıxıblar.

Qeyd edək ki, 49 ölkədən 405 idmançının qatılacağı turnir avqustun 28-dən 31-nə qədər keçirilir.
 

Bölmənin digər xəbərləri

17 Sentyabr 2024 Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib
17 Sentyabr 2024 Neymar Mbappe ilə bağlı "Real Madrid"dən braziliyalılara şikayət edib
16 Sentyabr 2024 Ronaldu bu səbəbdən çempionlar Liqasına getməyəcək
15 Sentyabr 2024 "Barselona"nın qapısından qayıdan ulduz futbolçu Madrid nəhənginə keçir - SON DURUM
15 Sentyabr 2024 Ronaldo bu mövsüm ilk dəfə “Əl-Nəssr”də qol vura bilmədi
14 Sentyabr 2024 Azərbaycan çempionatını ən dəyərli futbolçuları - SİYAHI
13 Sentyabr 2024 “Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur
12 Sentyabr 2024 Messi “Real”da oynaya bilərmiş
09 Sentyabr 2024 Bu gündən şəhərin mərkəzi 9 günlük bağlanır
09 Sentyabr 2024 Millətlər Liqası: Azərbaycan Slovakiyaya məğlub oldu
08 Sentyabr 2024 Gürcülərdən böyükhesablı qələbə - VİDEO
06 Sentyabr 2024 UEFA Millətlər Liqası: Türkiyə Uelsə, Fransa isə İtaliyaya qarşı
06 Sentyabr 2024 Ramil Şeydayevin qola çevirə bilmədiyi penalti - VİDEO
05 Sentyabr 2024 UEFA Millətlər Liqası: Azərbaycan millisi İsveç seçməsinə qarşı
05 Sentyabr 2024 "France Football" ilin ən yaxşılarına namizədləri açıqladı: Nə Messi var, nə Ronaldu...
04 Sentyabr 2024 Azərbaycan - Lüksemburq görüşünü qadın hakim idarə edəcək
04 Sentyabr 2024 Mehriban Əliyeva Lamiyəni təbrik etdi
04 Sentyabr 2024 "Qızıl top"a əsas namizədlər AÇIQLANDI
03 Sentyabr 2024 "Formula 1" yarışının biletləri satışa çıxarılıb
03 Sentyabr 2024 Birinci vitse-prezident Mehriban Əliyeva paraatlet Səid Nəcəfzadəni Paralimpiya çempionu olması münasibətilə təbrik edib

Dünyapress TV

Xəbər lenti