Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıblar - 2:0.
Görüşdə hesabı 53-cü dəqiqədə penalti zərbəsindən Kay Haverts açıb. 68-ci dəqiqədə Camal Musiala danimarkalıları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur etməklə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver güclü şimşək çaxması və yağış yağması səbəbindən qarşılaşmanı saxlayıb.
Xatırladaq ki, 1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.