I Liqada çıxış edən klublara xoş xəbərimiz var. Qarşıdakı «futbol ili»ni aşağı liqada keçirəcək iştirakçılara dövlət tərəfindən ödəniləcək yardım paketinin ümumi həcmi artırılacaq. Söhbət təqribən 1,5-2 dəfə artımdan gedir.
Hazırda I Liqada mübarizə aparan komandaların hər birinə illik 300 min manat verilir. Bu vəsait aybaay onların bank hesabına köçürülür.
Ayrılan məbləğ əsasən maaşların ödənilməsinə sərf olunur. Ancaq aylıq 300 min manat kifayət etmir.//sportinfo.az