Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olubYaradılıb 01.01.2024 10:44 | Baxış sayı: 127Azərbaycan şahmatçısı Eltac Səfərli İsveçrənin Sürix şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə ikinci olub."Report" xəbər verir ki, 31 yaşlı şahmatçı yarışı 5,5 xalla başa vurub.Turnirin qalibi olan Krişnan Şaşikiran da eyni xal toplayıb. Səfərli hindistanlı şahmatçıdan yalnız əlavə əmsallara görə geri qalıb. Facebook-da paylaş