Elxan Məmmədovun baş tutmayan planı:
Elxan Məmmədov AFFA prezidenti olmayacaq. Daha doğrusu, ola bilməyəcək.

Aut.az-ın əldə etdiyi məlumata görə, FİFA-nın Avropa Milli Assosiasiyalar üzrə direktorunun Azərbaycan futboluna geri dönüş etmək istəyi baş tutmayıb. Yüksək dairələr Məmmədova etibar etməyiblər.

Bunun səbəbləri isə olduqca sadədir – 44 yaşlı funksioner nəinki futbol ictimaiyyəti arasında, hətta ölkədə mənfi imicə sahibdir. Elxan Məmmədovun ictimaiyyət arasında mənfi imicə sahib olması yuxarı dairələrin onun namizədliyinə “yox” deməsi üçün həlledici amil olub.

Təfərrüatlara gəlincə, ötən həftə “FİFA Elxan”ın Bakıya gəlişi barədə məlumatlısınız. Məmmədov iş yoldaşı, FIFA-nın baş katibi Fatma Somouranın başqa bir tədbirdə iştirak etmək üçün ölkəmizə səfər etməsindən maksimum yararlanmağa çalışdı. O, xanım funksionerlə bir sıra görüşlər təşkil etdi, çempionat oyununa baxmaq üçün şərait yaratdı. Məqsəd beynəlxalq əlaqələrini nümayiş etdirmək və reklamını gücləndirmək idi.

Elxan Məmmədov müxtəlif variantlarla əlini gücləndirməyə çalışırdı. Bəzi məqamlarda isə qardaşı Emin Məmmədova güvənməyə çalışırdı. Məhz onun əlaqələrindən istifadə edərək yüksək dairələrə özünü yaxşı tərəfdən göstərmək istəyirdi. Ancaq bu plan baş tutmayıb. Elxan Məmmədovun müsbət nüfuza sahib olmaması və onun haqqında müxtəlif iddiaların yayılması AFFA prezidenti olmaq istəyinin reallaşmasına imkan verməyib. Yuxarı dairələr Azərbaycan futbolunu belə mənfi obraza sahib olan şəxsə tapşırmağı məqsədəuyğun görməyiblər.

Yuxarı dairələrdən qətiyyətlə “yox” cavabı alan Məmmədov güya heç vaxt AFFA prezidenti olmaq fikrində olmadığı barədə informasiyalar yayır. Bununla futbol ictimaiyyəti və keçmiş komandası daxilində təsirini qorumağa çalışır. İndi onun yeni məqsədi var: FİFA-dakı kreslosunu itirməmək. Bu, qarşıdakı 4 il ərzində başını qatmaq üçün kifayət qədər tutarlı səbəbdir. Çünki ali futbol qurumundakı vəzifəsini itirəcəyi halda, heç kimə lazım olmayan, sıradan biri olacağını yaxşı anlayır.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 "Formula-1": Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli oldu
20 Aprel 2025 Hamı bu azərbaycanlıdan danışır: Dünyada cəmi 2 nəfərdir
19 Aprel 2025 Bu gün "Qarabağ" - "Neftçi" oyunu var
19 Aprel 2025 Messi uşaqlarının sevimli futbolçularını açıqladı
18 Aprel 2025 Həftənin rəmzi komandası açıqlanıb
17 Aprel 2025 UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub
16 Aprel 2025 AFFA-nın etirafı – Oyunları kim satır və alıcı kimdir?
15 Aprel 2025 “Qarabağ”a 14 hücumçu təklif olundu – Qurban Qurbanov neçəsini seçəcək?
14 Aprel 2025 Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionu olub
13 Aprel 2025 Keçmiş futbolçu Əliyev Kiyevdə saxlanılıb
13 Aprel 2025 “Beşiktaş” “Başakşəhər”lə bacarmadı
12 Aprel 2025 Şimali Koreya ilə qonşuluq: AFFA-nın 33 milyonu və futbolumuzun “inkişafı”
11 Aprel 2025 Alisson Bekerin Türkiyə nəhənginə transferi baş tutmadı - SƏBƏB
10 Aprel 2025 UEFA Çempionlar Liqası: PSJ və “Barselona” əzmkar qələbə qazanıblar
09 Aprel 2025 Deklan Rays "Real Madrid"ə vurduğu qollarla adını Çempionlar Liqasının tarixinə yazdırdı
08 Aprel 2025 “Sabah”da ara qarışıb: 20 min manatı kim mənimsəyib?
08 Aprel 2025 Dünya bu matçdan danışır - 120 min azarkeş
07 Aprel 2025 Mövsümün ilk qələbəsi Yaponiyada gəldi
07 Aprel 2025 Bəhram Rəcəbzadə rəqibini 3 dəfə nokdaun etdi - DÖYÜŞÜN TAM VİDEOSU
06 Aprel 2025 Mourinyonun qovulması “Fənərbağça”ya baha başa gələ bilər - Təzminat məbləği məlum oldu

Dünyapress TV

Xəbər lenti