Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay seçməsinə qarşı keçirdikləri ev oyununda (0:2) rəqib futbolçu ilə əlbəyaxa olub.
Fanat.Az xəbər verir ki, 36 yaşlı superulduz "Bombonere"dəki qarşılaşmanın ikinci yarısında rəqib müdafiəçi Matias Olivera ilə insident yaşayıb.
Matiası öncə itələyən Messi ardından onun boğazından tutsa da, hakim bu hərəkətə görə təcrübəli oyunçuya vərəqə göstərməyib. İnsidentdə hər tərəfdən daha bir neçə oyunçu iştirak edib.