Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edib. Bakupost.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Canni De Byazi millimizin üçüncü qolunu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd edib. İtaliyalı çalışdırıcı həmin anı belə şərh edib: “Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı”. Həmin anın videosunu təqdim edirik: