|
İngiltərənin nüfuzlu “FourFourTwo” nəşri “Liverpul” tarixinin ən yaxşı transferlərinin siyahısını dərc edib.
Qol.az xəbər verir ki, siyahıda 1-ci yeri 1977-ci ildə “Seltik”dən “mersisaydlılar”a keçən Kenni Dalqliş tutur. Məhəmməd Salah 2-ci, İan Raş isə 3-cüdür.
“Liverpul” tarixinin ən yaxşı transferləri:
1. Kenni Dalqliş (1977-ci ildə “Seltik”dən)
2. Məhəmməd Salah (2017-ci ildə “Roma”dan)
3. İan Raş (1980-ci ildə “Çester Siti”dən)
4. Kevin Kiqan (1971-ci ildə “Skuntorp Yunayted”dən)
5. Qrem Suness (1978-ci ildə “Midlsbro”dan)
6. Con Barnes (1987-ci ildə “Uotford”dan)
7. Luis Suares (2011-ci ildə “Ayaks”dan)
8. Rocer Hant (1958-ci ildə “Stokton Hit”dən)
9. Vircil van Deyk (2018-ci ildə “Sauthempton”dan)
10. Ron Yeyts (1961-ci ildə “Dandi Yunayted”dən).