"Fənərbaxça"dan transfer olunduğu "Real Madrid"də aldığı zədə səbəbindən meydanlara çıxa bilməyən Arda Gülərin vəziyyəti İspaniyada hər gün müzakirə mövzusudur. Onun məşqdəki yaxşı forması azarkeşləri səbirsizləşdirsə də, ardıcıl zədələr azarkeşləri eyni dərəcədə üzdü.
Sherg.az xəbər verir ki, İspaniya mətbuatında olduğu kimi, sosial mediada da futbolsevərlər gənc futbolçu ilə bağlı fikirlərini bölüşür, həm istedadı, həm də aldığı zədələrlə bağlı məlumatlar paylaşırlar. Futbol yazarı Alejandro Alonso Bernabeu son məqaləsində "Real Madrid"in 18 yaşlı futbolçusundan bəhs edib.
Alejandro Alonso “Arda Gülər yeni Eden Hazard deyil” başlıqlı yazısında gənc futbolçu ilə belçikalı futbolçunu müqayisə edənlərə cavab verib. "Çelsi"dən transfer olunduğu "Real Madrid"də gözləntiləri doğrulda bilməyən Hazard böyük tənəzzülə uğradı, klubda persona-non-qrata elan edildi və futbolçu karyerası söndü.
İspan jurnalist yazısında bu sətirlərə də yer verib:
"Real Madrid" ona çox diqqətlə yanaşacaq. Sağalmasını sürətləndirmək bir yana, heç bir tələskənlik belə olmayacaq. Onun performansına heç bir şübhə yoxdur. Ardanın yaxşı olacağını bilirlər, gələcəyin ləl-cəvahiratlarından biridir”.
"Türk yarımmüdafiəçi, şübhəsiz ki, Avropa futbolunun ən böyük ləl-cəvahiratlarından biridir. Hər kəs onun üçün mübarizə aparırdı, lakin o, uğursuzluq üzündən debüt edə bilmədi. O, meniskindən zədə aldı və əzələ zədələri onu çətin vəziyyətə saldı. Onlar oyunçunun möhtəşəm keyfiyyətini bilirlər və onu tək qoymayacaqlar”.
"Madrid azarkeşləri peşman olmayacaqlar, amma bir az daha gözləməli olacaqlar. Eden Hazardla müqayisələr iyrəncdir. 100 faiz məşq etməyən və özünə diqqət yetirməyən birinin bədən quruluşunun bir futbolçunun fiziki görünüşü ilə heç bir əlaqəsi yoxdur". "Real Madrid"ə yeni gələn gənc istedaddır."