“Barselona” La Liqanın 13-cü turunun matçında “Alaves”i məğlub edib - 2:1.
Xavinin yetirmələri artıq matçın 18-ci saniyəsində qol buraxıb - hesabı Samu Omorodion açıb. Daha sonra Levandovski 53 və 78-ci dəqiqələrdə dubl edərək komandasına üç xal qazandırıb.
Bu, “Barsa”nın 21-ci əsrdə İspaniya çempionatının ev sahibliyi etdiyi oyununda ən tez buraxdığı qoldur.