|
“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol brendlərinin reytinqini təqdim edib.
Yeniavaz.com xəbər verir ki, ilk pilləyə “Mançester Siti” çıxıb.
Klubun brendinin dəyəri il ərzində 13% artaraq 1,51 milyard avroya çatıb.
İkinci sırada dəyəri 1,46 milyard avroya düşən “Real Madrid” qərarlaşıb.
İlk 10-a daxil olan klublar bunlardır:
1. “Mançester Siti” – 1,51 milyard avro;
2. “Real Madrid” – 1,46 milyard avro;
3. “Barselona” – 1,37 milyard avro;
4. “Mançester Yunayted” – 1,36 milyard avro;
5. “Liverpul” – 1,36 milyard avro;
6. PSJ – 1,13 milyard avro;
7. “Bavariya” – 1,1 milyard avro;
8. “Arsenal” – 0,91 milyard avro;
9. “Tottenhem” – 0,9 milyard avro;
10. “Çelsi” – 0,86 milyard avro.