Hatayın Defne rayonunda 6,4 bal gücündə zəlzələ baş verib.
Türkiyə mediası xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Ətraf əyalətlərdə də hiss edilən zəlzələ şəhərdə yeni xarabalıqlara səbəb olub.
Yeraltı təkan Adana, Konya, Mersin və Antalyada da hiss olunub. Əldə edilən məlumata görə, zəlzələ zamanı bəzi binalar dağılıb. Zəlzələdən əziyyət çəkən şəhər sakinləri böyük qorxu yaşayıb.
Bu zəlzələdən dərhal sonra Samandağ şəhərində 5,8 bal gücündə daha bir zəlzələ baş verib. Ardıcıl olaraq baş verən yeraltı təkanlar şəhəri xarabalığa çevirib.
Mərkəzi Kahramanmaraş olan 2 böyük zəlzələdə ən böyük dağıntı və insan tələfatının yaşandığı şəhərlərdən biri də Hatay olub.