Sərvər Bəşirli ilə olimpia çempionu Elnur Məmmədlinin bənzərliyi
Türkiyədə baş verən zəlzələdən sonra, öz köhnə maşını ilə apardığı yardım mənzərəsilə məşhurlaşan Sərvər Bəşirlinin həmin vaxt etdiyi hərəkət təqdirəlayiqiydi.
Əslində həmin vaxt Sərvərin etdiyini bütün Azərbaycan edirdi. Yardım kampaniyasının aparıldığı ərazilərdə canlı müşahidə aparan şəxs kimi bundan da təsirli mərdlik mənzərlərinin şahidi oldum.
Sadəcə, Sərvərin mövzusu vaxtında ictimailəşdiyi üçün geniş rezonans doğurdu. Ondan sonra baş verənlər bir qədər təəccüblü görünür. Hansısa şirkət Sərvərə iş təklif edir, bir iş adamı ona maşın hədiyyə edir. Bir sözlə, Sərvərin üzərindən əməlli başlı piar gedir.
Bir şirkət deyib ki, Sərvərin evinin bütün elektrik avadanlıqları ilə pulsuz təmin etməyi öz üzrərinə götürür. Maraqlıdır ki, həmin şirkət Sərvər kimi 100-lərlə kasıbı divara dirəyib kredit borclarını tələb edir.
Heç bir sosial güzəşt kampaniyası həyata keçirmir. Məhkəmələrdə müşahidə aparsanız həmin şirkətlərin kasıb insanlara qarşı qaldırdıqları iddia tələblərindəki qəddarlığın dərəcəsi ilə yaxından tanış ola bilərsiniz.
Hətta Sərvərə hədiyyə edilən maşına nömrənin verilməsi hadisəsinindən belə, DYP özünü piar etdi. Nədi-nədi Sərvər köhnə maşınındakı nömrəsini ona veriblər, dövlət rüsumunu da DYP-nin özləri ödəyib. Bah, nə böyük iş görüblər…
Görəsən, Sərvər yox, başqa bir vətəndaş DYP-dən köhnə avtomobilinin nömrəsini özündə saxlamağı istəsə, ondan hansı məbləğdə rüşvət alarlar? Hamı bilir ki, DYP-nin nömrə verən idarəsində açıq bazardı. Hətta 50 min manata belə maşın nömrəsi satırlar. Yəni görünən budur ki, kimin əlinə fürsət düşürsə, Sərvəri özü üçün piar alətinə çevirib. Bikin ki, bütün bu “xeyriyyəçiliklər” Sərvərin kasıb orazına deyil, onun populyarlığına görə edilir.
Sərvərlə bağlı yaşananlar mənə vaxtı ilə cüdo üzrə olimpiya çempionu olmuş Elnur Məmmədlinin taleyini xatırlatdı. Elnur karyerasının ən parlaq vaxtında , 20 yaşında olimpiya çempionu oldu. Onun ən azı 3 dəfə də olimia çempionu olmaq kimi şansı varıydı. Çünki belə nümunələr çoxdu. Məsələn, rus güləşçisi Karelin 4, ağırlıq qaldıran Xəlil Mutlu isə 3 qat olimpiya çempionu olmağı bacardılar.
1676813216_1.jpg
Ancaq biz nəyi müşahidə etdik? Kim özünü reklam etmək istədisə Elnura bahalı avtomobil və mənzil hədiyyə etdi. Vəziyyət o yerə çatdı ki, Elnur həmin maşınları satmaq üçün özünə avtisalon açdı. Hansı nazir ölkə rəhbərliyinin gözünə girmək istədisə, onun çiyninə rütbə yapışdırdı. Nəticədə, 20 yaşlı idmançı kökəldi və döşəkdə əvvəlki Elnura yaraşmayan biabırçı nəticələr göstərməyə başladı.
Sonra da zədəsini bəhanə edib, ən cavan yaşında peşəkar idmandan qaçmalı oldu. Təbiidir ki, burada Elnurun özünün də günahı az deyil. İmkan verməməliydi ki, kimlərsə onun şöhrətinin hesabına özlərini reklam etməsin. Bir az da karyerasını puldan çox istəməliydi.
Əslində, kasıb Sərvər, əvvəllər məşqə getməyə pulu olmayan Elnurun bu taleyindən özü üçün lazımi nəticəni çıxarmalıdır. Bir də , bizdə xalq olaraq poulyarlığa meyl çoxdu. Çünki bu, həm də dolanışıq deməkdi. Əksər hallarda isə həmin popularlığı qazananlar onu xalqın xeyrinə deyil, şəxsi faydaları üçün istifadə edir.
Buna aid də bir misal çəkim. Mərhum Heydər Əliyevlə görüş şansını əldə edən şairlərimizdən biri evi ola-ola ondan mənzil istəmişdi. İstəyi təmin olunmuşdu. Həmin ziyalı ikinci dəfə də Heydər Əliyevlə görüşmək xoşbəxtçiliyini əldə edir. Bilirsiniz nə xahiş edir? Prezidentin ona hədiyyə etdiyi mənzilin təmirini. Halbuki həmin ziyalı heç olmasa ikinci görüşdə xalqın xeyrinə olan bir xahişi ilə böyük bir problemin həllinə nail ola bilərdi.
Sözüm Sərvər Bəşirliyədir. Qardaş, nə verirlərsə görür, ancaq imkan vermə ki, sənin üzərindən şoular qursunlar. Onda səni də Elnur Məmmədlinin uğursuzluğu gözləyə bilər. O, nəticə verə bilmədi, sənlə bağlı nə olacaqsa, onu indidən deyə bilmərəm…
Məhəmmədəli Qəribli
Teref.az
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti