İfadə azadlığı demokratik cəmiyyətin əsas sütunlarındandır.... Amma...
İfadə azadlığı demokratik cəmiyyətin əsas sütunlarındandır. Bu səbəblə demokratiyası geniş olan ölkələrdə təbii olaraq ifadə azadlığının çərçivəsi daha geniş qorunur. Lakin ifadə azadlığı da bir çox azadlıqlar və hüquqlar kimi sərhədsiz deyil. Onun da sərhədləri mövcuddur. Xüsusilə, legitim səbəblərlə ifadə azadlığına demokratik cəmiyyətdə zəruri məhdudiyyətlər gətirilə bilər.

Legitim səbəbləri Avropa İnsan Hüquqları Konvensiyası belə sıralayıb:
- milli təhlükəsizlik,
- ərazi bütövlüyü və ya ictimai asayiş maraqları,
- iğtişaşın və ya cinayətin qarşısını alma,
- sağlamlığın və mənəviyyatın qorunması,
- digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi,
- konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq,
- ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək.

Demokratik cəmiyyətdə zərurilik prinsipi ilk baxışda çox subyektiv qiymətləndirmə kimi görünə bilər. Lakin uzun illərin təcrübəsində bu prinsipi Avropa Məhkəməsi daha konkret anlayışlarla zənginləşdirib. “Zərurilik” dedikdə "təxirəsalınmaz ictimai (sosial) zərurət”-ın mövcudluğunu nəzərdə tutduğunu qeyd edib.

21 yanvar 2023-cü ildə İsveç Krallığının paytaxtı Stokholm şəhərində Türkiyə Cumhuriyyətinin Səfirliyi önündə Danimarka Krallığında 2017-ci ildən fəaliyyət göstərən və irqçi siyasəti əsas istiqaməti seçən Stram Kurs (sərt istiqamət) Pariyası lideri Rasmus Paludanın İslam dininə inananların müqəddəs kitabı olan Quranı yandırması ifadə azadlığı kimi təqdim edildi və hər hansı müdaxilə edilmədi.

Avropa İnsan Hüquqları Məhkəməsi mənəviyyat, əxlaq məsələlərində Avropa dövlətlərində olan müxtəlif fərqlilikləri qəbul edir və bəzi hallarda hüquqi çərçivə müəyyən edərkən dövlətlərə mülahizə sərbəsliyi tanıyır. Lakin bu mülahizə sərbəsliyi ümumi çərçivələri aşmadan istifadə edilə bilər.

AİHM əxlaqi və dini həssaslıqların qorunması ilə bağlı sahələrdə dövlətlərə daha geniş mülahizə sərbəstliyi verir. 1996-cı ildə Wingrove Birləşmiş Krallığa qarşı işində Məhkəmə Xristianları təhqir edən qısa videonun qadağan edilməsi qərarını dəstəkləyərək qeyd etdi ki: "Əxlaq və ya, xüsusilə dini sahədə şəxsi əqidələri təhqir etmək üzrə məsuliyyət ilə bağlı söz azadlığını tənzimləyərkən üzv dövlətlərə ümumən geniş mülahizə sərbəstliyi verilir.”

İsveç hökuməti bu aksiyanı önləsə AİHM standartları baxımından ifadə azadlığına mdaxilə sayılardımı?

İsveçdə əhalinin 8,1 %-nin (810 000) islam dini mənsubları olduğu bildirilir. Deməli Quranın yandırılması hərəkəti həm də ölkədə yaşayan dini azlığa məxsus qrupu, onun inancını, müqəddəs dəyərlərini hədəf alıb. Bu zaman hökumətlərin daha ciddi tədbir görməsi və azlıqları diskriminativ hədəfdən qoruması zəruridir. Bu pozitiv öhdəlik kimi dövlətin öncəliklərindəndir. Çünki, yuxarıda bəhs edilən məhkəmə işində çoxluğun dini inancını hədəf alan hərəkət qadağan edilmişdisə, bu olayda dini azlıqları qoruma məqsədi ilə “təzirəsalınmaz ictimai zərurət” daha da ön plana çıxır.

Üstəlik bu hərəkət İsveçdə yox, Danimarkada fəaliyyət göstərən və minlərlə tərəfdarı və üzvləri olan bir siyasi partiyanın lideri tərəfindən hadisə üçün İsveç müslüman azlığın “əsas” kimi qiymətləndirilə biləcəyi hər hansı olayla əlaqəli olmadan baş verib. Yəni, bu siyasi partiyanın fəaliyyət sahəsi öncəlikli olaraq Danimarkadır, İsveç deyil.

Ayrıca, İsveçin milli təhlükəsizliyi Avropada Rusiyanın artan aqresiv, işğalçı siyasətindən qorunmaq üçün NATO-ya üzvlüyü zəruri edib və ölkə bu istiqamətdə ciddi cəhdlə NATO-ya üzv olaraq, milli təhlükəsizliyini qoruma altına almağa çalışır. Bu məqsədlə NATO-ya giriş vizəsi əlində olan Türkiyə ilə müəyyən dialoq mərhələsindədir. Baxmayaraq ki, münasibətlər PKK terrorçularının fəaliyyətinin məhdudlaşdırılması, bəzilərinin verilməməsi səbəbindən o qədər də hamar deyildi. İndi islama bağlılığı və münasibəti tartışılmayan Ərdoğan hökumətinin hər şeydən öncə öz seçicisi önündə öhdəlikləri baxımından İsveçlə normal bir dialoqda olmayacağı şübhə yaratmır. Məhz İsveç müdafiə nazirinin Türkiyə səfəri öncəsində bu hərəkətin İsveç xaricindən olan bir siyasi partiya liderinin təşəbbüsü və provokasiyası ilə baş verməsi, başlı-başına bu provokasiyanı önləmək üçün əsas təşkil edə bilərdi. Çünki, olaydan dərhal sonra İsveç müdafiə Nazirinin səfəri ləğv edildi. Bu böyük ehtimalla İsveçin NATO üzvlüyünə də müəyyən problem yaradacaq və İsveçin milli təhlükəsizlik mənafeləri bəlkə də irəlidə ciddi zərər görəcək.

Bununla yanaşı, ictimai asayiş maraqlarını da nəzərdən keçirmək olardı. Sıradan bir protestoçunun Quran yandırması ictimai asayışı bəlkə ciddi təhdid edə bilməz və ifadə azadlığı aspektindən daha rahat müdafiə olunar. Lakin on minlərlə üzvü olan, irçiliyi, miqrant düşmənçiliyını, islam düşmənçiliyini əsas məqsədi hesab edən bir siyasi partiya liderinin bunu etməsi, həmin ölkədə yaşayan yüz minlərlə müsəlmanın dəyərlərinə hücum, həmin iki fərqli qrup arasında istənilən münaqişəni, qarşıdurmanı körükləyər ki, bu da ictimai asayiş maraqlarının qorunmasına potensial təhlükə kimi qiymətləndirilə bilərdi və önləyici tədbirlər görülə bilərdi.

Unutmaq olmaz ki, Fransada nəşr olunan “Charlie Hebdo” jurnalı İslamın peyğəmbəri Məhəmməd peyğəmbəri hədəf alanda ifadə azadlığı aspekti önə çəkildi, ictimai asayış maraqları nəzərə alınmadı. Bir müddət sonra 2015-ci il 7 yanvar tarixində bu hadisə ilə bağlı olaraq həmin redaksiyaya məhz Fransada yaşağan dini azlığın nümayəndələri tərəfindən silahlı terror baş verdi, 12 nəfər öldürüldü, 8 nəfər yaralandı.
Azadlıqlar, hüquqlar hamısı önəmlidir. Birinin üstünlüyü digərlərini yox edəcəksə qızıl orta tapılmalıdır. Əks halda insan itkiləri, mühariblərər, konfrantasiyalar qaçılmaz olur...
Ələsgər Əhmədoğu
Teref.az
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti