Hindistanda məzuniyyət zamanı işçini narahat edən əməkdaşlara cərimə tətbiq olunacaq. Ednews xarici mediaya istinadən xəbər verir ki, bu qərar ölkədə fəaliyyət göstərən şirkətlərdən biri tərəfindən verilib. Belə ki, məzuniyyət zamanı həmkarını telefon zəngi ilə narahat edən hər bir işçinin 100 min rupi (təxminən 1200 ABŞ dolları) məbləğində cərimələnməsi qərara alınıb.
Şirkətin baş direktoru qeyd edib ki, ildə bir dəfə, bir həftə işdən uzaqlaşmaq işçinin rahat istirahət keçirməsinə kömək edir. Bu da onun yeni iş ili üçün böyük motivasiya verir və o daha da məhsuldar olur.