İnam Kərimov KTN sisteminin BELİNİ NECƏ QIRIR... - Peşəkar kadrlar işdən qovulur, onların yerinə isə...
“Bir övladım şəhid olub, digəri qazidir. Oğlum Naməddin Həsənovun himayəsindəyəm, onu da çalışdığı vəzifəsindən azad ediblər, aylardır işsizdir”.

Bunu Meydan TV-yə Tovuz rayonu, Vahidli kənd sakini Ceyran Həsənova bildirib. Onun oğlu Şahməddin Həsənov Qarabağda gedən döyüşlərdə həlak olub.

Ceyran Həsənovanın sözlərinə görə, oğlu Naməddin alim-aqronomdur, öz sahəsini mükəmməl bilir. Amma işdən çıxarılıb və öz sahəsi üzrə işlə təmin edilmir.

Naməddin Həsənov isə deyib ki, kənd təsərrüfatı sahəsində ixtisaslı kadrlar işdən çıxarılır, əvəzində tapşırıqla işçi götürülür:

“Hamı ilə müvəqqəti, 3 aylıq əmək müqaviləsi bağlanılır. Sonra da müqavilənin müddətini uzatmırlar, beləliklə, işdən çıxarılma üçün əllərində bəhanə olur. Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən şəhid ailəsi işdən çıxarılmamalıdır. Anam, üç azyaşlı övladım mənim himayəmdədir, ailəmi dolandırmaq üçün iş tapa bilmirəm”.

Şikayətçi bildirib ki, ixtisaslı kadrları hüquqşünas, regionşünas, politoloq, neftçi, yaxud müəllimlər əvəz edir.

“Son 13 ildir nazirliyin Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşma Mərkəzinin Tovuz rayonunda fəaliyyət göstərən qurumunda çalışmışam. Həmin quruma respublika üzrə rəhbərlik edən Rəşad Vahabzadə ixtisası neft mühəndisidir. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına dərs keçmişəm. Ermənistanla sərhəd kənddə yaşayıram, müharibədə evimizə ciddi ziyan dəyib, amma dövlətdən yardım istəməmişəm, – alim deyib.

Şikayətçi əlavə edib ki, nazirliyə etdiyi müraciətlərə baxılmır. Onunla əmək müqaviləsinin hansı səbəbdən uzadılmadığını öyrənə bilmir:

“Mətbuata şikayət etdiyimi bilən kimi qurumdan mənə zəng vurub təhqir etdilər. Bununla bağlı səs yazısı da var”.

Tovuz rayon Aqrar İnişaf Mərkəzindən şikayətlə bağlı danışmaq istəməyiblər. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Naməddin Həsənov hansı səbəbdən işdən çıxarıldığını bilir:

“Vətəndaş ixtisara düşüb. Aqrar Xidmətlər Agentliyi tərəfindən vətəndaşa Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Tovuz Regional Mərkəzinin Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsi təklif olunub. Vətəndaş bu vəzifəni tutmaqdan imtina edib. İşlə təmin olunmaq təklifi yazılı və şifahi şəkildə bir neçə dəfə vətəndaşa göndərilib”. //Meydan TV//
 
 
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti