Parlamentdə qaz müzakirəsi:
Milli Məclisin iclasında 25 məsələ müzakirəyə çıxarılıb – Deputatlar təkliflərini səsləndiriblər

Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli təqdim edib. Komitə sədri layihənin hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib.

“Qanun demokratiya baxımından münasibdir”

Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli deyib ki, qanunun ikinci oxunuşu zamanı 16 deputat çıxış edib, onlar müəyyən suallar və təkliflər irəli sürüb: “Deputatlarla fərdi şəkildə, eləcə də onlayn formada müzakirələr aparılıb”.

Qeyd edək ki, qanunda müvafiq icra orqanı anlayışı qurultaylararası dövrdə idarə orqanı kimi verilir. Eyni zamanda Reyster və ianələr mövzusunda identifikasiya nömrəsi ilə bağlı tələb qanundan çıxarılıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə deyib ki, sədri olduğu komitə qanuna müsbət rəy verib və onun qəbul edilməsini dəstəkləyir.

Deputat Sabir Rüstəmxanlı bildirib ki, qanun demokratiya baxımından münasibdir: “Bu qanun siyasi mühitin inkişafına, siyasi partiyaların oturuşmasına yardım edəcək”.

Müzakirələrdən sonra 6 fəsil, 30 maddədən ibarət qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

ABŞ-da imzalanan Konvensiya təsdiq edildi

İclasda “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə layihə də müzakirəyə çıxarılıb. Layihəni deputat Sevinc Fətəliyeva təqdim edib.

Müzakirələrdən sonra “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanan Konvensiya təsdiq edilib.

İki yeni medal təsis edildi

Toplantıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşdan keçib. Layihəni deputat Nurlan Həsənov təqdim edib.

Millət vəkili qeyd edib ki, dəyişiklik ASAN xidmətin yaranmasının 10 illiyi ilə bağlıdır. Deputat bildirib ki, dəyişikliklərlə “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı və yubiley medalı təsdiq edilir.

N.Həsənov birinci oxunuş zamanı deputat həmkarlarından hər hansı təklif daxil olmadığı üçün layihənin səsə qoyulmasını təklif edilib. Layihə müzakirəsiz qəbul edilib.

“Qaz limitlərinin sıfırlanması vaxtında həyata keçirilməlidir”

İclasda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub. Müzakirə zamanı deputatlar fikirlərini bildiriblər.

Millət vəkili Vüqar Bayramov deyib ki, 2022-ci il sona çatır və 2023-cü ilin əvvəlində qaz limitləri yenidən sıfırlanacaq: “2022-ci ildə qaz limitlərinin sıfırlanması 10 gün yubandı. Hesab edirəm ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən limitlərin sıfırlanması vaxtında həyata keçirilməlidir ki, problem olmasın. Çünki bütün hallarda ilin sonuna doğru insanlar qaza görə daha yüksək limitlərlə ödəniş edir və limitlərin sıfırlanması yubandığı halda onlar yeni ildə də mavi qazdan istifadəyə daha yüksək ödəniş etməli olurlar”.

“Elə kəndlər var ki, qonşuda qaz yanır, amma qarşı evə qaz verilmir”

“Ölkə ərazisində qazlaşma prosesi yekunlaşmalıdır. Seçicilərlə görüşə biz gedirik. Qurumlar seçicilərə cavab vermir. Tovuz rayonunda elə kəndlər var ki, qonşuda qaz yanır, amma qarşı evə qaz verilmir”. Bu sözləri isə deputat Qənirə Paşayeva deyib.

Millət vəkili deyib ki, Tovuzda 2 min 781 evə ümumiyyətlə, hələ qaz verilməyib: “Cavabdeh qurum deyir ki, vətəndaş özü qazı çəksin. Niyə vətəndaş qaz çəkməlidir?! İcra hakimiyyəti də, deputat da Baş nazirə, aidiyyəti qurumlara məktub yazıb, amma məsələyə baxılmır. Təklif edirəm ki, bu sahəyə cavabdeh qurumlar gəlib Milli Məclisdə cavab versinlər. Aidiyyəti qurumları parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə dəvət edək”.

Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşdan keçib. Bu gün keçirilən iclasda ümumilikdə 25 məsələ müzakirə olunub.

Müəllif: Anar Bayramoğlu
ayna.az
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti