2022-ci ilin 9 ayında Azərbaycana 55 199 ədəd avtomobil gətirilib. "AzPolitika.info" "İnterfax Azərbaycan"a istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azdır.
Avtomobillərin ixracına toplam 744 mln dollar vəsait xərlənib, bir maşının orta idxal dəyəri isə 13 478 dollar olub.
Məlumatda qeyd olunur ki, 2021-ci ildə Azərbaycan 91 min 194 avtomobilin idxalına 935,2 mln. dollar vəsait xərclənib. 2020-ci ildə ölkəyə gətirilən avtomobillərin sayı isə 53 min 729 ədə olub.
Bu müddətdə Azərbaycana 301 elektrik və 8 999 ədəd hibrid avtomobil gətirilib, onlara toplam 105,4 mln. dollar vəsait xərclənib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, cari ilin sonunda 3 il ərizndə Azərbaycana 215 mindən çox avtomobil gətirilməsini proqnoz etmək olar. Onun sözlərinə görə, bu qədər idxal varsa, gələn maşınlar yanacaq da işlətməlidir.
Ekspert xatırladır ki, artıq Ai-92 markalı benzin Azərbaycan mütəmadi idxal olunmağa başlayıb, çünki artan daxili tələbatı özünün imkanları hesabına qarşılaya bilmir: "Neftayırma zavodunun modernizasiyası isə uzanır, ölkəyə daha çox köhnə dizel maşınlarının axını sürətlənib, bu isə paytaxtın ekologiyasını daha da ağırlaşdırır. Yollarda tıxac, insanlarda əsəb xəstəlikləri artacaq, qəzalarda xəsarət alanların sayı da çoxalacaq".
Mərkəzin rəhbəri deyir ki, ölkəyə benzin idxalına ildə 1.5 milyard, maşın gətirilməsinə isə ortalama 1 milyard dollar xərclənir.
İ.Şaban əlavə edir ki, hökumət dilemma qarşısında qalıb: "Bir tərəfdən ölkəyə avtomobil idxalı dövlət büdcəsinə külli miqdarda gəlir gətirən maddəyə çevrilib və qeyri-neft sektorundan yığımların artımı kimi hökuməti fərəhləndirir. Digər tərəfdən isə yuxarıda qeyd etdiyim problemlər, üstəlik ictimai nəqliyyatın iflic duruma düşməsini, insanların bundan narazılığını ehtiva edir. Sonra nə olacaq? İnkişaf etmiş ölkələrdə daxili yanma mühərrikli avtomobillər ucuzlaşdıqca Azərbaycana onların idxalı artacaq. Mövcud yol infrastrukturu bu artan saya çoxdan hesablanmadığından avtomobillərin idxalı və istismarı ilə bağlı vergilər də artırılacaq, parkinqlər indiki ortalama 1 manatdan bəlkə 4-5 dəfə çox bahalaşacaq və s. Hökumət digər qabaqlayıcı addımlar atmayanda maşın bazarının tənzimlənməsinin administrativ-maliyyə həllindən başqa özünı yol qoymur".