Tikinti şirkəti məhkəmə qərarını heçə sayır - VİDEOYaradılıb 10.09.2022 09:00 | Baxış sayı: 133Paytaxtın Yasamal rayonu Əli Bəy Hüseynzadə 53 ünvanında tikinti şirkəti tərəfindən vətəndaşa məxsus obyektin dağıdıldığı iddia edilir.Obyekt sahibi Eldar Rzayev Baku TV-yə bildirib ki, şirkət ərazidə bina tikintisi zamanı onun razılığı olmadan əmlakını yararsız hala salıb.E.Rzayev məsələ ilə bağlı məhkəməyə müraciət edib və onun xeyrinə qərar çıxardılıb.Qərara əsasən, ya zərəçəkənin dağıdılmış əmlakı təmir edilməlidir, ya da dəyən maddi ziyan ödənilməlidir.E.Rzayev qeyd edib ki, sözügedən şirkət məhkəmənin qərarına əməl etmir.Ərazidə yaşayan sakinlər də həmin şirkətin qanunsuz əməllərindən şikayətçidirlər.Daha ətraflı süjetdə: Facebook-da paylaş