Fransa millisi və “Yuventus”un yarımmüdafiəçisi Pol Poqba dizindəki menisk zədəsi səbəbindən əməliyyat olunacaq.
O, hələ iyul ayında komanda məşqində zədələnib.
Əvvəlcə futbolçu milli komandanın tərkibində 2022-ci il dünya çempionatına çıxmaq üçün əməliyyatdan imtina edib. Lakin yeni müayinələr konservativ müalicənin zəif nəticə verdiyini və əməliyyata ehtiyac olduğunu göstərib.
Poqbanın 6 həftə sonra meydana qayıda biləcəyi gözlənilir.
Fransa millisinin yarımmüdafiəçisi noyabrın 20-də Qətərdə başlayacaq dünya çempionatı üçün özünü bərpa etməyə vaxt tapacaq.