“Pulunu ver, balını artırım” –
Sosial şəbəkələrdə bəzi səhifələr var ki, izləyiciləri aldatmaqla məşğuldur.

Tribunainfo.az xəbər verir ki, bu cür səhifələrdən biri “TikTok” platformasında fəaliyyət göstərərək, abituriyentləri və onların valideynlərini hədəfə alıb.

Həmin səhifə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi loqo və adından istifadə edərək, “pulunu ver, balını artırım” çağırışı ilə paylaşımlar edir və müəyyən məbləğ qarşılığında DİM tərəfindən keçirilən imtahan ballarını artıra biləcəyini vəd edir.

Təəssüf ki, səhifənin rəy bölməsində yüzlərlə insanın bu saxta vədlərə inandığı və aldandığı açıq-aydın görünür.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu cür hallarla rastlaşan həm abituriyentlər, həm də valideynlər diqqətli olmalıdırlar.

“Əlbəttə ki, DİM-in informasiya məlumat bazalarına kiminsə daxil olması, kiminsə orada nəyisə dəyişməsi və ya nəyəsə müdaxilə etməsi mümkün deyil.

Burada ən əsas məsələlərdən biri maarifləndirmədir. DİM olaraq, abituriyentlərə və onların valideynlərinə tez-tez müraciət edirik ki, sosial şəbəkələrdə rəsmi olmayan bu cür səhifələrlə rastlaşanda çox diqqətli olsunlar. Çünki o səhifələri işlədənlər qurumun adından, loqosundan və ya abreviaturundan istifadə edərək insanları aldatmaqla məşğuldurlar.

Sosial şəbəkə açıq məkan olduğu üçün burada, ilk növbədə, hər kəsin diqqətli olması tələb olunur. Məsələn, baxırsan ki, kimlərsə hansısa səhifəni qısa müddətdə yaradırlar, bir həftə, on gün fəaliyyət göstərirlər, izləyici toplayırlar, sonra ya adını dəyişirlər və ya bağlayırlar.

Bu cür hallarla rastlaşdıqda biz həmin səhifələri mütləq şəkildə şikayət edirik. Bundan əlavə, bu cür səhifələrin linklərini hüquq-mühafizə orqanlarına göndəririk. Çünki burada vətəndaşların aldadılması faktı olur. Həmin fakt əsasında əməli törədənlərə hətta cinayət işi açıla bilər.

Biz daim elan edirik ki, əgər kimsə bu cür səhifələrin qurbanı olubsa, mütləq şəkildə DİM-ə müraciət etsin, biz faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaq, ya da özləri birbaşa aldadılmaları ilə bağlı hüquq-mühafizə orqanlarına, DİN-ə məlumat versinlər.

Bir daha valideynlərə müraciət edərək bildiririk ki, bu cür məsələlərdə son dərəcə diqqətli olsunlar və övladlarına nəzarəti əldən verməsinlər”, – deyə X.Xanlarzadə bildirib.
 

Bölmənin digər xəbərləri

09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü

Dünyapress TV

Xəbər lenti