"Pilot bizi suya eniş üçün hazırladı" -
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus Bakı-Qroznı aviareysinin sərnişinlərindən biri, Gəncə sakini Toğrul Cəfərov bu gün evinə dönüb. Onu yaşadığı evin qarşısında ailə üzvləri və yaxınları qarşılayıblar. Gəlişi münasibətilə qurban kəsilib.

32 yaşlı Toğrul Cəfərov qəzanı və baş verənləri APA TV-yə danışıb: "Qroznıya gedirdim, dostum dəvət etmişdi. Oradan da Moskvaya biletimiz var idi. Pilotumuza və həlak olan sərnişinlərə Allah rəhmət eləsin. Qəza zamanı hər kəs həyəcan içində idi. Pilot dəfələrlə suya eniş etməyə cəhd etdi və bizi buna hazırladı. Təyyarə yerə düşərkən çox zərbə aldıq. Son anda huşumu itirmişdim. Təyyarədən ilk çıxan Zamin adlı şəxs oldu, o, bir qızı və sonra məni xilas etdi. Daha sonra birlikdə digər yaralıları çıxardıq. Qazaxıstanın Aktau şəhərinin əhalisi çox tez köməyə gəldi, hər birimizə yardım etdilər".

Toğrulun valideynləri ölkə başçısına və Azərbaycan xalqına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər: "Oğlumuz sağ-salamat qayıtdı. Təəssüf ki, digərləri üçün qismət olmadı. Həlak olanlara Allah rəhmət eləsin, yaralılara şəfa diləyirik".

Qeyd edək ki, ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i, o cümlədən üç ekipaj üzvü həlak olub, 29 nəfər isə sağ qalıb. Sağ qalan sərnişinlərə ambulator və psixoloji dəstək göstərilir.


Hadisə ilə bağlı araşdırmalar davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Bölmənin digər xəbərləri

05 Yanvar 2025 Hava haqqında məlumat!
05 Yanvar 2025 DƏHŞƏT! Yeniyetmə oğlan maşının açarına görə atasını öldürdü
05 Yanvar 2025 Cənubi Koreya sahillərində gəmi qayalara çırpıldı: Ölənlər var
05 Yanvar 2025 İmperator və kralların qeyri-adi özəllikləri - Onlar haqqında QƏRİBƏ FAKTLAR VİDEO
05 Yanvar 2025 Azərbaycan təyyarəsinin vurulduğunu SÜBUT EDƏN YENİ FOTOLAR
04 Yanvar 2025 Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq? VİDEO
04 Yanvar 2025 Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR
04 Yanvar 2025 Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi
03 Yanvar 2025 Rusiya “dondu” – 65 dərəcə şaxta qeydə alındı
03 Yanvar 2025 Qara dənizə dağılan neftin həcmi açıqlandı
01 Yanvar 2025 Bakı-Sumqayıt yolunda ağır qəza: YPX avtomobili digər maşınla TOQQUŞDU
01 Yanvar 2025 Bu gündən xüsusi karantin rejiminin müddəti uzadıldı
01 Yanvar 2025 Azərbaycana Yeni il gəldi
31 Dekabr 2024 Müsəlmanlar Yeni ili nə zaman və necə qeyd edirlər?
31 Dekabr 2024 Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.
30 Dekabr 2024 İtini -32 dərəcə temperaturda iki sutka çöldə saxladı
30 Dekabr 2024 Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib
30 Dekabr 2024 179 nəfərin öldüyü təyyarə qəzasının yeni görüntüsü yayıldı - VİDEO
29 Dekabr 2024 Cənubi Koreyada qəzaya uğrayan təyyarə quşla toqquşub - ANBAAN GÖRÜNTÜLƏR
29 Dekabr 2024 Cənubi Koreyada dəhşətli təyyarə qəzası: 179 nəfər həlak oldu, 2 nəfər xilas edildi VİDEO

Dünyapress TV

Xəbər lenti