Əhməd Obalıya sui-qəsd cəhdi: İran düyməyə basıb - TƏHLÜKƏ VAR?
"Xarici ölkələrdə yaşayan Cənubi Azərbaycan milli fəallarının həyatı təhlükə altında qalmaqda davam edəcək”.

TEREF.AZ bildirir ki, bu sözləri güneyli fəal, siyasi şərhçi Çingiz Göytürk Cebhe.info-ya açıqlamasında Cənubi Azərbaycanın müstəqilliyini və İranda Azərbaycan Milli Hərəkatını təbliğ edən GünAz TV-nin qurucusu və rəhbəri Əhməd Obalıya və onun oğlu Dəniz Obalıya qarşı hücumun arxasında duran gizli məqamları şərh edərkən bildirib.

Mətbuata verilən məlumata görə, hazırda Əhməd bəyin vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Hücum zamanı Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu isə qırmağa cəhd ediblər.

Azərbaycan mətbuatı və sosial mediada bir çoxları iddia edir ki, Əhməd Obalı və onun oğluna təşkil edilən hücumun arxasında İran kəşfiyyatı dayanır. Çünki bu yaxınlarda Əhməd Obalı Azərbaycana sıx-sıx səfərlər edib və ölkədə dövlət rəsmiləri, media qurumların rəhbərləri və bir sıra ictimai fəallarla görüş keçirib. Bu hadisə isə ABŞ-a dönüşündən bir gün sonra baş verib.

Güneyli fəal da məsələ ilə bağlı bir çoxları ilə eyni fikirləri bölüşür.

Onun sözlərinə görə, Əhməd Obalıya qarşı hücumun arxasında birbaşa İran İslam Respublikasının kəşfiyyatı və fars millətçiləri dayanır:

"GünAz TV yaradıldıqdan sonra, eləcə də fəaliyyət göstərdiyi illər ərzində Əhməd Obalı və TV-nin digər aparıcıları dəfələrlə İran İslam Cümhuriyyətinə bağlı olan dairələrin və panfarsist qüvvələrin təhqirlərinə, hədə-qorxularına, mənəvi terroruna məruz qalıblar.

Əhməd Obalı bunları zaman-zaman bizlərlə paylaşıb. Həqiqətən, Əhməd Obalı və Güney Azərbaycan milli dövlətçiliyini təbliğ edən digər milli fəallar İran İslam Cümhuriyyəti tərəfindən idarə olunan sosial şəbəkələrin və kanalların açıq hədəfinə çevrilib.

Səslənən bəyanatlardan görünür ki, molla rejimi və panfarsist qüvvələr milli fəallarımızın fəaliyyətlərindən narahatdırlar. Hətta məsələ o yerə çatıb ki, onlar milli fəallara qarşı fiziki hücumlardan çəkinməyəcəklərini bildiriblər. Əhməd Obalı və onun rəhbərlik etdiyi GünAz TV molla rejimi və fars millətçilərinin hədəfinin mərkəzində dayanıb. Onlar istənilən fiziki hücuma əl atmaqdan çəkinməyəcəklər”.

Siyasi şərhçi hadisənin məişət zəmində baş verdiyini qeyri-mümkün hesab edib:

“Əhməd Obalının siyasi mübarizəsi və fəaliyyət istiqamətləri İran İslam Cümhuriyyətini və panfarsist dairələri çox narahat edib, onları çox təşvişə salıbdır. Obalıya təşkil edilən hücum, daha doğrusu terror aktı, onun milli mübarizəsinin nəticəsidir. Bu hadisə İran kəşfiyyatına bağlı dairələr və panfarsist qüvvələr tərəfindən törədilib”.

Çingiz Göytürk ABŞ-da İran İslam Cümhuriyyətinin kəşfiyyatına bağlı olan dairələrin və ifrat fars millətçiliyini təbliğ edən qruplaşmaların kök saldığını bildirib:

“Vaxtilə ABŞ-da pəhləvilər ətrafında toplanan fars millətçilərin Azərbaycanın milli fəallarına qarşı hədə-qorxuları və təhdidləri barədə dostlarımla çox söhbət edirdim.

Bu məsələ barədə dəfələrlə xəbərdarlıq edirdim. Müxtəlif qruplaşmalar yaradan həmin fars millətçilərin Güney Azərbaycanın milli fəallarına qarşı hədə-qorxularına və təhdidlərinə, habelə fiziki hücuma əl atacaqları ilə bağlı bəyanatlarına şahidi olmuşuq. Hətta onu da əlavə edim ki, müxtəlif zamanlarda pəhləvilər və molla rejiminin ünsürləri qeyri-fars millətlərinin hüquqları və azadlıqları məsələsində eyni fikirləri bölüşüblər, habelə bu millətlərin azadlığını boğmaq üçün birgə hərəkət etməyə hazır olduqlarını bildiriblər.

Fars millətçilərinin rəhbəri Rza Pəhləvi öz açıqlamalarında açıq şəkildə bildirib ki, o, lazım gələrsə, İranın ərazi bütövlüyü uğrunda molla rejimi ilə birlikdə mübarizə aparmağa hazırdır. ABŞ-da fars millətçiləri və molla rejiminin gizli dairələri bir-birinə bağlı olan qruplardır. Bunu Rza Pəhləvinin ifadələrində çox rahatlıqla görmək olar”.

Avropanın müxtəlif ölkələrində yaşayan digər milli fəalların da həyatının təhlükə altında olması ehtimalına toxunan Çingiz Göytürk bunun istənilən zaman baş verəcəyini istisna etməyib:

“Şəxsən özümlə bağlı qeyri-adi prosesin şahidi olmamışam. Amma Azərbaycan milli hərəkatının fəallarına qarşı İran İslam Cümhuriyyəti və onunla işbirliyi çərçivəsində olan panfarsist dairələr tərəfindən müxtəlif hədə-qorxular, təhdidlər və təhqirlər yağdırılmaqdadır.

Ona görə ki, Azərbaycan milli hərəkatı milli dövlətin yaradılması istiqamətində ciddi şəkildə öz milli iradəsini və əzmini ortalığa qoyur. Bu da molla rejimini və panfarsist qüvvələri qorxuya salıb. Onları öz narahatlıçığını açıq şəkildə ifadə edirlər. Azərbayan milli hərəkatının nümayindələrinə, o cümlədən digər milli fəallara qarşı fiziki hücumların baş verəcəyi istisna edilmir”.

Sonda güneyli fəal vurğulayıb ki, molla rejimi və fars millətçilərinin təhdidləri və hücumları Azərbaycan milli fəallarını öz mübarizəsindən döndərə bilməyəcək:

“Biz bu yola çıxarkən, bu rejimin mahiyyətindən, terrora meyilli olmasından xəbərdar idik. Bu rejimin təhdidləri və hədə-qorxularından nə dünən qorxumuşuq, nə bu gün qorxuruq, nə də bundan sonra qorxacayıq.

Azərbaycan milli hərəkatı öz mübarizə yolunu davam etdirəcək. Biz də milli hərəkatın fəalları olaraq istənilən hücuma, istənilən terror aktına qarşı birgə mübarizə aparacağıq. Bu cür hücumlar bizim mübarizə əzmimizi daha da gücləndirəcək”.

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti