Bunu "Report"a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasın alacaq. Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır", - millət vəkili qeyd edib.