“Lukoil”in ortaq sahibi Leonid Fedun, “Crocus Group”un rəhbəri Araz Ağalarov və Sibir İstehsalat Şirkətinin direktorlar şurasının rəhbəri Stepan Soljenitsın Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) idarə heyətini tərk etməyi planlaşdırırlar.
Məlumata görə, cümə axşamı, martın 16-da qurumun keçiriləcək qurultayında 15-dən çox iş adamının birliyin idarə heyətindən çıxarılması nəzərdə tutulub.
Əksər biznesmenlər üçün idarə heyətini tərk etmələrinin əsas səbəbi Rusiyaya və ya şəxsən onlara qarşı beynəlxalq sanksiyaların tətbiqidir.
Xatırladaq ki, hələ yanvarın sonunda daha bir rusiyalı milyarder Əlişir Usmanov RSSİ-nin idarə heyətinin bürosunu tərk etmək barədə bəyanat verib. Onun “təqaüdə çıxması və aktiv işdən ayrılması ilə əlaqədar” belə qərara gəldiyi bildirilib.