SƏUDİYA ƏRƏBİSTANININ KRAL AİLƏSİNİN QARANLIQ TƏRƏFLƏRİ.
Onlar dünyanın ən qaranlıq və ən güclü ailələrindən biridir. 100 milyard dollarlıq sərvətləri, xəyalpərəst həyatları ilə daim gündəmdədirlər. Səudiyyə Ərəbistanının kral ailəsində 7000 şahzadə var və onların hər biri dövlətin mühüm vəzifələrində səlahiyyət sahibidir.
Bu şahzadələrin əksəriyyəti ayrı-ayrı saraylarda və ya ağlasığmaz dəbdəbəli villalarda yaşayır. Hazırda ölkə kralı Salman bin Əbdüləziz əl-Səudun 38 övladı var.
Amerika, İngiltərə, Fransa kimi ölkələrdə universitet təhsili almış insanlardı. Ölkədə kral qanunvericiliyi, icra və məhkəmə funksiyalarını yerinə yetirir, baş nazir kimi fəaliyyət göstərir və nazirlər şurasına rəhbərlik edir. Bir sözlə, tək əmrlə istədiyi adamı ölkədən silə bilirlər.
Məkkə, Mədinə kimi turistlərin getdiyi bəzi şəhərlərdə dini qaydalar bir qədər yüngülləşdirilsə də, ölkənin əksər şəhərlərində hətta qadınların bazarda yerkökü, xiyar kimi tərəvəzlərə toxunması belə qadağandır.
Məhkəmələrdə iki qadın ifadə verməlidir.Ötən illərdə 7 nəfər tərəfindən zorlanan qadına şahid tapa bilinmədiyi üçün 200 şallaq cəzası kəsilib. Evlilikdə 4 qadın alına bilər, kişilərin isə maraqlı salamlaşma tərzi var.
Yanaqdan öpmək və ya başını tərpətmək əvəzinə bir neçə dəfə burunlarını toqquşdururlar. Kral ailəsi və şahzadələr adətən qaydalardan asılı olmayaraq yaşayırlar, şahzadələrin Avropa və Amerikada çoxlu şirkətləri, dəbdəbəli villaları var.
Keçən illərdə kral Salman bin Əbdüləziz 1000 nəfərlik heyətlə Mərakeşdə tətilə çıxmışdı. O, bu tətildə 100 milyon dollar xərcləyib. Şahzadə Bin Fəhd isə Parisdə 500 min avrosunu oğurlatsada, bunu vaxt itkisi kimi gördüyü üçün polisə getmək və ifadə verməkdən imtina etmişdi. Eyni zamanda ailənin ən böyük həvəsi qızıl və zinət əşyalarıdır. Xobbi kimi dünyanın ən bahalı, ən qiymətli əşyasını toplayırlar.
Yalnız Şahzadə Əl-Valid bin Talalın heç vaxt taxmadığı 750 milyon dollarlıq zərgərlik kolleksiyası var. London'da yaşayan 29 yaşlı şahzadə Turki bin Abdullahın bütün avtomobilləri xüsusi olaraq qızıldandır. Onun üzlənmiş əşyalarının demək olar ki, hamısı onun üçün xüsusi olaraq hazırlanıb və qızıl örtüklüdü. Dünya üçün bu təəcüblü olsada, kral ailəsində adi bir hadisədir. Bu yolla öz aralarında üstünlüklərini göstərmək üçün bənsədə girirlər. Bu sərvətə baxmayaraq, Səudiyyə Ərəbistanı ailələri yoxsul ölkələrə kömək etməkdə dünyada sonuncu yerdədirlər.
Qadınların seçmək və seçilmək hüququ yoxdur, ölkədə işləyən əhalinin yalnız 5%-i qadınlardır, yoxsulluq həddində olmayan qadınların işləməsi qadağandır. İslami alamətlər istifadə olunmayan teatr, heykəltəraşlıq, rəsm və musiqi qadağandır.
Keçmiş krallardan biri olan Kral Fehd, caz musiqisinə o qədər həvəsli idi ki, getdiyi ölkələrin ən məşhur musiqiçiləri özəl konsertlər verirdilər. Şahzadələrin çoxu Amerika və İngiltərədə təhsillərini başa vurub orada məskunlaşıb, vaxtlarının çox az hissəsini Səudiyyə Ərəbistanında keçiriblər. Ailənin çoxlu sayda şahzadədən ibarət olması da təhlükə yaradır. Bu səbəbdən xalqın dini zülm və qorxu ilə istismar edildiyini təbliğ edən mühüm təbliğatlar aparırlar.
Bir çox islahatlar aparılmalı olduğunu dediyi üçün Ərəbistana girə bilməyən şahzadə Turki bin Bəndər, onun kimi düşünən bir neçə şahzadə ilə birlikdə yoxa çıxdı və bir daha onlardan xəbər alınmadı. Əl-Valid bin Talal, 32 milyard dollarlıq şəxsi sərvəti ilə Səudiyyə Ərəbistanının ən tanınmış şahzadələrindən biridir.
Var-dövləti ilə dünyanın ən zəngin adamları arasında yer alan Talal, həmçinin Twitter, Snapchat, Fox, Apple, Scorp kimi bir çox dünyaca məşhur şirkətlərdə əhəmiyyətli paylara malikdir. Şahzadənin gənclik illərində Amerikada orta məktəb və universitetdə oxuyarkən zənginlikdən yaşadığı gülməli hadisələrdən biri belədir.
Limuzin karvanı və cangüdənləri ilə məktəbə gedirmiş. Atasına məktub yazır. "Ata, bütün dostlarım tramvayla gəlir, ona görə çox utanıram, məktəbə tramvayla getmək istəyirəm.. Tramvayın nə olduğunu bilmədiyi üçün təəccüblənən atası da bunu yük maşını sanırmış. – Oğlum, bizi aşağılama, get özünə tramvay al. Cavabnı verir.
Eyni zamanda Səudiyyə Ərəbistanı hərbi xərclərə ən çox pul xərcləyən 4-cü ölkədir.
Başqa üç ölkə isə Amerika, Çin və Rusiyadır. Ərəbistan yarımadası deyilən bölgədə lazım gələndə bəzi ölkələrə hərbi müdaxilələr edir, bu müdaxilələr üçün lazım olan silahları ABŞ-dan alırlar. Tramp'ın Ərəbistan səfəri zamanı 50 milyard dollarlıq silah alqı-satqısı müqaviləsi imzalamışdılar.
Xüsusilə qonşuları müsəlman ölkəsi Yəmən bu baxımdan ən çox əziyyət çəkən ölkədir.Səudiyyə Ərəbistanının tez-tez silahla müdaxilə etdiyi Yəməndə on minlərlə dinc sakin, o cümlədən uşaqlar qətlə yetirilir. Yəmən'də 84 min uşaq qida çatışmazlığından ölür, 14 milyon insan aclıqdan əziyyət çəkir.
Ölkənin gəlirinin 45%-i neftdən, qalanının əhəmiyyətli bir hissəsi isə saxta həcc, ümrə, dini turizm və İslam bazarından əldə edilir.
İslamı tərk etməyin və ya ölkə vətəndaşı olub başqa dinə inanmağın cəzası ölümdür. 2018-ci ildə qadınlara avtomobil sürməyə icazə verilib.Təbii ki, onların hər yerdə deyil, müəyyən yollarda və günün müəyyən saatlarında avtomobil sürmək hüququ var. Səudiyyə Ərəbistanı şahzadə ailəsi xaric.
Qızlar çox gənc, yetkinlik yaşına çatmamış ərə verilirlər. Buna görə də çoxu oxuya bilmir, üstəlik, erkən hamiləlik onların sağlamlığını pisləşdirir, çox vaxt ölümlə nəticələnir. Qız istəməsə belə, bəylə gəlinin atası arasında müqavilə nikahına icazə verilir. Təbii ki, bu qaydalar ancaq xalq üçün keçərlidir.
Ilham Sadigov
Teref.az

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti