"Terror təşkilatları ianə adı altında öz çirkin məqsədləri üçün xaricdə pul yığırlar".
TEREF.AZ Musavat.com-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Sərim deyib.
Sərim bəyan edib ki, PKK/YPG və FETÖ terror təşkilatlarının xaricdəki üzvləri zəlzələdən zərər çəkənlərə yardım toplamaq bəhanəsi ilə öz qaranlıq əməlləri üçün pul yığırlar.
Türkiyə XİN rəsmisi xaricdə yaşayan türkləri AFAD, səfirliklər və dövlət qurumları vasitəsilə yardıma dəvət edib. Xarici işlər nazirliyinin bu sui-istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini vurğulayan Serim şəffaflıq üçün səfirliklərdə toplanan yardımların videoya çəkildiyini bildirib.
O vurğulayıb ki, Xarici İşlər Nazirliyi Türkiyəyə yardım və ianələrin gətirilməsində mühüm rol oynayıb.