Bir intiharın izi ilə...TƏFƏRRÜAT
Bu hadisə 1994-cü ilin bahar fəslində baş verib. Gənc amerikalı Ronald Opus intihar etməyə qərar verir. Ölüm qabağı yazdığı məktubunda o, bu addımı maliyyə problemlərinin olduğu və valideynləri ilə aralarında anlaşılmazlıq olduğu üçün atdığını qeyd etmişdi.
Bu məktubu yazdıqdan sonra mister Opus pəncərəyə çıxır və özünü doqquzuncu mərtəbədən atır. Əgər o, binada hər gün işləyən pəncərə təmizləyənlərin yeddinci mərtəbə səviyyəsində təhlükəsizlik toru quraşdırdıqlarını bilsəydi, yəqin ki, özünü doqquzuncu mərtəbədən atmazdı. Yəni, iki mərtəbə düşdükdən sonra o, sadəcə olaraq sağ qalacaqdı. Lakin möcüzəvi bir hadisə baş verir.
Ronald səkkizinci mərtəbənin yanından uçarkən başından güllə yarası alır. Polis cəsədi tordan çıxardıb, mərhumun şəxsiyyətini təyin etməyə çalışdıqları vaxt detektivlər güllə atanın təsadüfən adam öldürmə cinayətində günahlandırmasını tələb edirlər. Əgər səkkizinci mərtəbənin sakini atəş açmasaydı, Ronald Opus tora düşüb sağ qalacaq idi.
Cinayət işinin gedişatında digər faktlar üzə çıxır. Məlum oldu ki, səkkizinci mərtəbənin sakini qoca bir kişi öz həyat yoldaşına atəş açıb, lakin güllə ona deyil, pəncərəyə dəyib. Bu zaman detektivlər qoca kişini həmçinin sui-qəsdə (həyat yoldaşına qarşı) ittiham edilməli olduğunu iddia edirlər. Yaşlı cütlüyün ifadə verdiyi zaman qoca kişinin qəzəbləndiyi vaxt yoldaşını qoxutmaq üçün doldurulmamış tüfəngdən havaya güllə açdığını bəyan etmişdilər. Bu bir növ ailə adətinə çevrilmişdir. Cütlük tüfəngin hər zaman divardan asıldığını və heç kəsin onu doldurmadığını deyirdilər.
Amerika qanunlarına müvafiq olaraq tüfəngi gizli dolduran şəxs təsadüfən adam öldürmədə ittiham edilməli idi.
Lakin bunu kim edə bilərdi? Polislər yaşlı cütlüyün evinə sərbəst şəkildə yalnız onların oğlunun girə biləcəyini araşdırıb müəyyən edirlər. Polislər onların oğlunun dostunu tapırlar və sorğu-suala çəkirlər. Və çoxlu məlumat əldə edirlər. Atasının anasını tüfəng ilə hədələdiyini bildiyi üçün oğul tüfəngi doldurur və atasının anasını öldürəcəyinə, özünün isə həbsxanaya düşəcəyinə ümid edir. Lakin bir neçə həftə yaşlı cütlük çox mehriban idilər. Və bu onların oğullarını çox məyus etmişdi.
Polislər cütlükdən onların oğullarının harada olduğunu soruşurlar?
- “Necə yəni haradadır? – deyə qoca kişi təəcüblənir – Oğlum bizdən bir mərtəbə yuxarıda qalır…”
Bəli, cütlüyün oğulları Ronald Opusun özü idi! Ronald Opus tüfəngi doldurmuşdu, qisas planı baş tutmadıqda isə məyus olur və intihar etmək qərarına gəlir. Və öz gülləsi ilə güllələnir. Tutdurmaq istədiyi öz atası tərəfindən. İntihar Opusun tam istədiyi kimi olmasa da, baş tutur…
Xəyyam Ağa
Teref.az
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti