“Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibəni uduzsa, çox güman ki, vəzifəsində qala bilməyəcək”.
Teref.az New York Post-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“O, çətin ki sağ qalsın. Rusiya müharibəni uduzsa, Putinin devrilməsi ehtimalı var” – deyən Budanov “sağ qalmaq” dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb.
“Hazırda Rusiyada onun yerinə kimin gələcəyi ilə bağlı fəal müzakirələr gedir” deyən Kəşfiyyat İdarəsinin rəisi daha dəqiq məlumat verməyib.
Budanov həmçinin Rusiyanın Ukraynanın radioaktiv tullantılardan çirkli bomba hazırlaması ilə bağlı iddialarını təkzib edib: “Daha əvvəl dediyim kimi, terror dövləti olan Rusiya Federasiyasından fərqli olaraq, Ukrayna heç vaxt belə qurğular istehsal etməyib, heç vaxt planlaşdırmayıb və planlaşdırmır”. Musavat.com