Ölüm taciri ləqəbi ilə tanınan erməni əsilli Sarkis Soğanalyan soyuq müharibə dövrünün ən məşhur silah qaçaqmalçısı hesab olunur. Sarkis daha çox Səddam Hüseyn rəhbərliyindəki İraqa tətbiq olunan silah embarqosunu yararaq bu ölkəyə çox sayda silah satması ilə gündəmə gəlmişdir. Bundan əlavə o, özünə məxsus karqo təyyarələri ilə Mavritaniyadakı Polisario qüvvələrinə, Livan vətəndaş müharibəsi zamanı Falanj milisləri kimi qruplara, Nikaraqua, Ekvador kimi Latın Amerikası ölkələrinə və Folklend müharibəsi zamanı Argentinaya çox sayda silah-sursat satmışdır. Silah ticarətini Afrika və Yaxın Şərq bölgələrində genişləndirən Soğanalıyan, Körfəz müharibəsindən əvvəl vermiş olduğu televiziya müsahibələrində, İraqda gördüyü işləri təfərrüatlı şəkildə izah etmiş və silah alqı-satqısına adı qarışmış bir necə yüksək səviyyəli Amerika hökumət rəsmisinin adını açıqlamışdır. 1-ci Qarabağ müharibəsi zamanı da onun erməni qüvvələrini silahlarla təmin etdiyi iddia olunmuşdur. Dünyanın ən böyük silah tacirlərindən olan bu şəxs, 2011-ci ildə 81 yaşında ürək çatışmazlığından ölmüşdür. 2005-ci ildə çəkilmiş Müharibə Tanrısı filmindəki Simeon Veyts personajı, Soğanalyan da daxil olmaqla, yaxın şərq silah qaçaqmalçılarının ümumiləşdirilməmiş prototipidir Teref.az