Amerikanın ən qədim yerli qəbilələrindən olan Navaxo hinduları ABŞ-ın dövlət və hökumət başçılarını məhkəməyə vermək niyyətindədir.
Bu barədə qəbilə başçısı Conatan Nez bildirib.
Torpaqlarında 500-dən çox uran şaxtasının olduğunu deyən Conatan əlavə edib ki, ABŞ hökuməti çıxardıqları urana görə onlara heç bir kompensasiya ödəməyib.
Xatırladaq ki, 2005-ci ildə qəbilə uran şaxtalarının onlara pis təsir etdiyini əsas gətirərək, işlərin dayandırılmasını tələb edib.
Navaxo ABŞ-da yerləşən ən böyük qəbilədir.Onlar Arizonada 70 min kvadrat kilometr ərazidə məskunlaşıblar, sayları 400 min nəfərdir.