Ermənistan üçün tək işıqlı yol sülh razılığının əldə olunmasıdır
Ermənistanın məğlubedilməz ordusuna dair mifi İkinci Qarabağ müharibəsi zamanı yerlə-yeksan olundu. Ermənistan ordusunun İkinci Vətən müharibəsində darmadağın olunması, ermənilərin XXI əsrin müharibəsinə hazır olmamasının açıq-aşkar sübutu, Azərbaycan Ordusunun isə böyük hərbi potensiala və yüksək döyüş qabiliyyətinə malik olmasının isbatı idi. Ermənistan ordusuna Koçaryanın və Sarkisyanın dövründən qalmış - köhnəlik qalığı hesab olunan generalların rəhbərlik etməsi, o cümlədən Paşinyanın erməni xalqını uçuruma doğru aparan siyasəti erməni ordusunun da deqradasiyasını sürətləndirdi. Digər bir tərəfdən məlumdur ki, Ermənistanda həm də korrupsiyanın səviyyəsi getdikcə artır. Şübhəsiz ki belə bir hal Ermənistanın ordusundan da yan keçmir. Ermənistanın müharibədə istifadə etdiyi silahlar onun döyüş səviyyəsinə və hazırlığına görə siyahıda ən axırıncı yerdə olduğunu göstərdi. Erməni millətçilərinin revanşist ideyaları, onların xəyallarından başqa bir şey deyildir. Reallıqda isə bu cür ideyalar fəlakətlə nəticələnə bilər.
Ermənistanın mətbuatında erməni ordusunun rüsvayedici vəziyyətə düşməsinə dair məqalələr yayımlanıb. Bu baxımdan misal olaraq, “Ermənistanın səsi” informasiya agentliyinin saytında erməni müəllifi Aşot Aramyanın dərc etdirdiyi “Silkələnən ordu” adlı [1] məqaləni göstərmək olar. Həmin məqaləyə əsasən aşağıdakı nəticələrə gəlmək olar:
1. Ermənistanın milli təhlükəsizliyi qeyri-sabit vəziyyətdədir,
2. Ermənistanda özbaşnalıq və ayrı-seçkilik hökm sürür,
3. Erməni millətçilərinin “millət - ordu” birləşdirici konsepsiyası Ermənistan üçün eksiztensial təhlükə mənbəyidir.
4. Ermənistanın daxilində parçalanma müşahidə olunur.
Mövcud vəziyyəti tədqiq etdiyimiz zaman belə bir qənaətə gəlirik ki, Ermənistanın sülhə razılıq verməkdən başqa bir heç bir çıxış yolu qalmır. Ermənistan da öz-özlüyündə yaxşı başa düşür ki, bu gün Azərbaycan artıq olduqca böyük siyasi təcrübəyə və güclü hərbi potensiala malik bir dövlətdir. Ermənistan isə hər sahədə geridə qalmış zəif bir dövlətdir. Ona görə də, Ermənistan ordusu hazırkı bərbad vəziyyəti ilə daha bir müharibəyə tab gətirə biləcək halda deyildir. Belə bir sual yaranır ki, müharibə olarsa bu səfər Ermənistanın ordusunda kimlər vuruşacaq? Zənnimizcə heç kəs rüsvay olunmuş məğlub bir ordunun tərkibində vuruşmaq istəməz. Digər bir tərəfdən isə o da məlumdur ki, Ermənistanın ordusunun daxilində cinayət, fərarilik və intihar halları baş alıb gedir. Heç bir erməni gənci bu gün könüllü şəkildə Ermənistan ordusunda xidmət etmək istəmir, təzyiqlə məcburi şəkildə onlar orduya göndərilirlər. Müstəqil hüquq müdafiə təşkilatlarından alınan məlumata əsasən İkinci Qarabağ müharibəsində həlak olan erməni hərbçilərinin sayı 5 min [2] nəfərdən çox olub ki, bu da 2 milyonluq bir erməni xalqı üçün çox böyük bir rəqəmdir.
2020-ci ilin noyabr ayının 10-da üçtərəfli bəyanatın imzalanması Ermənistanın məğlub dövlət olmasının təsdiqi idi. Bu qələbə Ali Baş Komandanın qətiyyətinin, dəmir yumruğunun sayəsində reallaşdı. İkinci Vətən müharibəsində düşmən hərtərəfli şəkildə böyük itkilər verdi. Azərbaycanın torpaqları işğaldan azad olundu.
Hadisələrin məntiqi davamı olaraq, 2022-ci ilin avqust ayının 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə [3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün keçirilməsi daha bir əlamətdar hadisə idi. Bu görüş dövlətlərarası münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanmasına dair danışıqların aparılması baxımından önəmli bir addımdır. Qeyd etmək lazımdır ki, bu görüşdə sözügedən ərazilərin minalardan təmizlənməsi, eləcə də itkin düşən insanların həyatına dair məsələlər diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, Brüssel görüşündə də, Azərbaycan diplomatik üstünlüyə nail olub. Diqqət çəkən məqamlardan digər biri isə ondan ibarətdir ki, həmin görüşdə “Qarabağ”, “Minsk qrupu” və “status” kəlimələri istifdə olunmayıb. Belə bir hal isə rəsmi Bakının maraqlarının təmin olunmasının təsdiqidir. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu olmayıb. Sözügedən Brüssel görüşü isə bunun təsdiqi olub.

Ədəbiyyat siyahısı:
1. Армия трясогузки /26.08.22/ https://www.golosarmenii.am/article/156800/armiya-tryasoguzki
2. Большая часть армян не хочет служить в армии: причина – позорное поражение /07.06.22/ https://aze.az/bolshaja-chast-armjan-ne-hochet-sluzhit-v-armii-prichina-pozornoe-porazhenie.html
3. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanat verib / 31.08.2022 / https://azertag.az/xeber/2273297
Kamal Salayev
AMEA-nın Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin Baş Mütəxəssisi
Teref.az
 
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib
18 Noyabr 2024 ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi

Dünyapress TV

Xəbər lenti