Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır. Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".O bir Autizmli idi. Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır. Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur. Heç bir insan həyatında Edison qədər patent almamışdır. 85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım..." Teref.az