Hindistanda qəzaya uğrayan "Boeing 787 Dreamliner" təyyarəsinin komandiri qəzadan əvvəl dispetçerlərə mühərriklərin qalxma zamanı zəruri dartı qüvvəsini yaratmadığını bildiribmiş.
Bu barədə "India Today" telekanalı mənbələrə istinadən xəbər verib.
Pilotun dispetçerlərə ötürdüyü son mesajlar bunlar olub: "Dartı qüvvəsi əldə edilməyib", "düşürük", "ötürmə zamanı rabitə xətti çox zəifdir", "fəlakət siqnalı".
Bundan sonra təyyarə aeroportdan 2 km məsafədə yaşayış məntəqəsinə düşüb.
Xatırladaq ki, iyunun 12-də "Air India" aviaşirkətinə məxsus və göyərtəsində 242 nəfəri daşıyan "Boeing 787" təyyarəsi havaya qalxandan qısa müddət sonra qəzaya uğrayaraq Əhmədabad şəhərində yaşayış məntəqəsinə düşüb. Qəza zamanı yalnız bir sərnişin sağ qalıb. Son məlumatlara görə, yerdə olan insanlar da daxil olmaqla 274 nəfərin cəsədi tapılıb. Faciənin səbəbləri hələ müəyyən edilməyib.