İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramında əsas yardımlar Moskvaya Azərbaycan ərazisindən aparılırdı.Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir.
Aparılacaq yüklərin həcmini və buna sərf ediləcək vaxtı hesabladıqdan sonra belə qənaətə gəlinir ki, lend-liz yükləri gəmilərlə Bakıya, Bakıdan isə lazımi ünvanlara daşınsın.
1942-ci ildən Azərbaycan alman ordusunun dağıtmağa çalışdığı Lend-Liz yükləri üçün “cənub həyat xəttinə” çevrilmişdi. ABŞ-ın SSRİ üçün ayırdığı yüklərin demək olar ki, yarısı Bakıdan keçirdi. Həmçinin Xəzər dənizi yolu ilə də yüklər Həştərxana daşınırdı. Azərbaycanlı dənizçilər istənilən hava şəraitində səfərə çıxaraq cəbhəni arasıkəsilmədən yanacaqla və silah-sursatla təmin etdikləri, hərbi hissələri, yaralıları, təxliyyə olunmuş əhalini və s. daşıyırdılar.
Müharibə ərzində İrandan SSRİ-yə avtomobillər Tehran–Aşqabad, Tehran–Astara–Bakı, Culfa–Orconikidze (Vladiqafqaz) marşrutları üzrə daşınırdı.
Cənub marşrutu Cəbəllütariq, Süveyş kanalı, daha sonra İran və Bakıdan keçirdi. Sonra ABŞ gəmiləri Afrikanı, daha sonra İranı, Bakını dolanırdı. Amerikalılar 1945-ci ildə SSRİ-yə silah, yanacaq və ərzaq tədarükünü 11 milyard dollar həcmində qiymətləndirdilər.
İlkin olaraq, tədarüklər Fars körfəzinin şimal limanlarına (İranın cənub-qərbindəki limanlar, İraqın Barsa və Fav limanları və Britaniya Küveyti) çatırdı. Amerikanın Studebaker yük maşınlarına döyüş sursatı, yanacaq-sürtkü materialları, ehtiyat hissələri, ərzaq və digər mallar yüklənərək öz gücləri ilə İran Culfasına göndərildi. Oradan konvoylar Araz çayı vasitəsilə Sovet Culfasına gedirdi.
İran ərazisindən keçən marşrutun təhlükəsizliyinin təşkilatçılarından biri də mayor Tapdıq Qocayev olub.
Hacıqabul, Yevlax, Culfa, Gəncə şəhərlərində xüsusi mərkəzlər tikilimiş idi. Eniş Azərbaycanın Gəncə və Hacıqabul şəhərlərində həyata keçirilirdi. Sonuncu yerdə sovet pilotlarının idxal olunan təyyarələrdə uçmağı öyrəndiyi təlim mərkəzi yerləşirdi.
Amerikalılar yazırlar:
“Hacıqabul çox kiçik şəhərdir. Əhalisi üç on mindən azdır.Özlərini Hacıqabulu adlandıran sovet aviasiyasının bir çox pilotları və sadə işçiləri Azərbaycanda təlim keçmişlər”.
Beləliklə, Bakı beynəlxalq siyasətə cəlb edilmiş idi. Xilaskar Bakı kimi yazılırdı daxili yazışmalarda. Bakı-Azərbaycan İkinci dünya müharibəsində yardımların Şah DAMARI sayılırdı.
Digər nəqliyyat qovşaqlarından fərqli olaraq, Bakı həm dəniz yüklərini, həm də yük maşınlarında və dəmir yolu platformalarında hərəkət edən yükləri qəbul edirdi .Əsasən Amerika tanklarının İrandan ötürülməsi üçün istifadə olunurdu Azərbaycan ərazisi.
Bakı vasitəsilə çatdırılan malların axını xeyli artmışdı. Müharibənin bu dönəmində malların daşınması üçün istifadə olunan Bakı marşrutu "Cənub Həyat yolu"na çevrilmişdi. 1942-ci ildə Lend-Liz çərçivəsində alınan bütün yüklərin 28,8, 1943-cü ildə isə 33,5 faizini Cənub marşrutu ilə çatdırılmışdı. İkinci dünya müharibəsi dövründə Sovet İttifaqına bütün yüklərin demək olar ki, dörddə biri bu yolla daxil olmuşdu. Bakı başda olmaqla Azərbaycan ərazisindən!
Təəssüf ki, sovet dövründə, xüsusən də müharibə başa çatdıqdan sonra ilk illərdə bu məlumatlar məxfiləşdirilib. Çox heyf ki, Lend-Lease-in cənub marşrutu ilə bağlı az sayda araşdırmalar var.
Zaur Aliyev, dosent
TEREF