Yaxın Şərq tammiqyaslı müharibənin astanasındadır.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışında bildirib.
O, dünyadakı silahlı münaqişələrdən danışaraq, xüsusilə Yaxın Şərqdəki vəziyyəti vurğulayıb.
Putin qeyd edib ki, Qəzza zolağında gedən döyüşlər zamanı artıq 40 mindən çox insan həlak olub, onların əksəriyyəti mülki şəxslərdir.
Rusiya prezidenti Yaxın Şərqdəki vəziyyətin Fələstin dövlətinin yaradılması yolu ilə həllinin vacibliyini vurğulayıb.