İran mediası 19 mayda helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisiyə görə başsağlığı verən ölkə və beynəlxalq qurumların adını yeniləyib.
Axar.az xəbər verir ki, İRNA-nın paylaşdığı məlumatda 115 ölkə, beynəlxalq və regional təşkilatın İrana başsağlığı verdiyi qeyd edilib.
Maraqlıdır ki, Rəisinin fonunda başsağlığı verən bir çox ölkə və beynəlxalq qurumların bayrağının yerləşdirilməsi ilə bundan öncə paylaşılan foto da yenilənib. Belə ki, bundan əvvəl Rəisinin fonunda 50 bayraq əks olunmuşdusa, bu gün yayılan fotoda 51 bayraq var. Belə ki, Türkiyə bayrağı əlavə edilib.
Buna baxmayaraq, İran rəsmi mediası Azərbaycan bayrağını "xüsusi fotoya" əlavə etməyi yenə lazım bilməyib. Halbuki Azərbaycan qonşu olmaqla bərabər, Rəisinin helikopterinin axtarılmasında ilk yardım təklifini edən, ilk başsağlığı verən və vida mərasimində baş nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyətilə təmsil olunan ölkələrdən biridir.
Qeyd edək ki, Ermənistan bayrağı ilk fotoda da var idi.
https://t.me/Axaraz/48897