Ukraynaya qarşı iki ildən çox davam edən müharibədə Rusiya Prezidenti Vladimir Putin ölkə iqtisadiyyatını idarə etmək üçün yığdığı texnokratların onun ən etibarlı əsgərləri olduğunu anladı.
Axar.az xəbər verir ki, bu barədə jurnalist Pol Zonne "Nyu York Tayms" qəzetində yayımlanan materialında bildirib.
O qeyd edib ki, Putin indi onlardan birini, heç bir hərbi təcrübəsi olmayan Andrey Belousovu müdafiə naziri təyin edib:
"Belousovun təyinatı Putinin Rusiya iqtisadiyyatını tamamilə müharibə vəziyyətinə yönəltdiyini göstərir və Kreml sənayeni mübarizəyə səfərbər etməyə daha çox səy göstərə bilər".