Tbilisidə vətəndaş cəmiyyəti təşkilatları hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə növbəti genişmiqyaslı etiraz aksiyası keçirirlər.
TEREF APA-ya istinadla xəbər verir ki, şəhərin dörd ayrı nöqtəsinə toplanan minlərlə etirazçı hazırda Avropa meydanına doğru yürüş edirlər.
“Rusiya qanununa yox” şüarı səsləndirən yürüş iştirakçıları Kür çayının sağ və sol sahilində nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Yürüşə müxtəlif müxalif partiyaların nümayəndələri də qoşulublar.
Aksiya səbəbilə Avropa meydanı da daxil olmaqla şəhərin müxtəlif nöqtələrinə polis bölmələri səfərbər edilib.