Böyük Britaniya İrana qarşı sanksiyalar siyahısını genişləndirərək, iki şəxsə və pilotsuz uçuş aparatları və raketlərin istehsalı ilə məşğul olan dörd şirkətə məhdudlaşdırıcı tədbirlər görüb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Sanksiyalara Seyid Mohsen Vahabzadeh Mokadam və Abbas Abdi Asgerd daxildir. Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar dron istehsalı ilə məşğul olan İran şirkətləri şəbəkəsinə rəhbərlik edirlər. Bəyanatda qeyd edilir ki, qara siyahıya salınan iranlılar hələ 2022-ci ildə Londonun məhdudiyyətlərinə məruz qalan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Abdulla Mehrabi ilə əlaqəlidirlər.
Alvand Motorbuilding, Bonyan Danesh Shargh, Industries Company, Moj Gostar Aseman Parvaz Company və Pishro Sanat Aseman Sharif Company şirkətlərinə də məhdudiyyətlər qoyulub.