Hazırda Cənubi Qafqazda regional təhlükəsizliyin güclənməsi prosesi gedir. Dünən toxunulmaz sayılan formatlar, modellər dəyişdirilir və yenidən nəzərdən keçirilir. Regionda ənənəvi aktorlarla yanaşı, Qafqazla bağlı ambisiyaları və ideyaları olan yeni oyunçular meydana girir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.
Onun sözlərinə görə, hazırda Cənubi Qafqazla bağlı geosiyasi aktorlar arasında ən çətin məsələ nəqliyyat dəhizləri ilə əlaqəlidir:
“Uzun müddət Qafqazda təhlükəsizlik sistemi kontekstində 3+3 formatı müzakirə olunsa da, bu, hazırda ən azı iki versiyada mövcuddur: Türkiyə və İran. Üstəgəl, İran variantı ciddi regional determinizmi nəzərdə tutursa, üç regional ölkə, üstəgəl üç nəhəng Avrasiya qonşusu, eləcə də Qəblə münasibətləri nəzərə alan, formal olaraq eyni şeyi deyən Türkiyə formatı daha çevikdir.
2014-23-cü illərdə mövcud olan tendensiyaları nəzərə alsaq, Rusiya üçün ən sərfəli eksklüziv regional seçimdir. Amma Moskva, Ankara və Tehran nə qədər çalışsa da, çətin ki, xarici təsirdən tam qurtula bilsinlər. Və burada məsələ təkcə NATO deyil. Qafqaz regionunda təkcə qərbləşmənin yox, həm də şərqləşmənin təsiri var.
Məsələ budur ki, həm Çin, həm də Hindistan yeni dünyanın mümkün qlobal güc mərkəzləri kimi Qafqaza böyük maraqla baxır, məsələn, Mərkəzi Asiyada olduğu kimi, hələ də öz resurslarını burada yerləşdirə bilməyiblər. Amma bu gün onların Qafqaz işlərində iştirakı daha da aktuallaşır.
Çin artıq Gürcüstanın üç ən böyük ticarət tərəfdaşından biridir və Tiflis NATO, Avropa Birliyi və ABŞ ilə sıx əməkdaşlıq etsə də, Çinlə ilk azad ticarət sazişi imzalayan ölkə oldu. İddialı “Bir Kəmər, Bir Yol” layihəsinin həyata keçirilməsi təkidlə diktə edir ki, Qafqazın bütün dövlətləri bu işə cəlb olunsun. Eyni zamanda, bu ölkələr Pekinə müstəqil qlobal güc mərkəzi kimi baxırlar və ümid edirlər ki, bu, üçüncü və ya alternativ geosiyasi xətt olacaq və onun vasitəsilə “ikinci soyuq müharibə”dən qaçmaq mümkün olacaq”.
Markedonov Hindistanın Cənubi Qafqazın işlərinə qarışmağa çalışdığını söyləyib:
“Azərbaycanla Pakistanın sıx münasibətləri Hindistanı qəzəbləndirir, nəticədə Dehli Ermənistanla əməkdaşlığa böyük maraq göstərir. Ermənistan-Hindistan hərbi əməkdaşlığı bununla şərtlənməlidir. Dehlinin də Şimal-Cənub dəhlizində ciddi marağı var. Bu da onu Rusiya və İranla sıx əlaqəyə sövq edir ki, bu da Qərbdə müəyyən əsəbiliyə səbəb olur. Azərbaycan Hindistanın Qafqaz regionunda ən böyük ticarət tərəfdaşı olmaqda davam edir. Azərbaycana 79.4 milyon, Azərbaycandan Hindistana isə 595 milyon dollardan çox məhsul və xidmətlər ixrac olunub. Bu, Gürcüstan-Hindistan və Ermənistan-Hindistan ticarət əlaqələrinin göstəricilərindən çoxdur.
Mahiyyət etibarilə demək olar ki, qloballaşmanın ümumi nəzəri kateqoriyaları Qafqaz regionuna doğru irəliləyir. Bakı-İrəvan və ya Tiflis-Suxumi problemləri bu gün təkcə sovet layihəsinin mərkəzi olan Moskvanı yox, Paris, Pekin, Vaşinqton, Dehli, İslamabad və Təl-Əvivi də narahat edir. Bütün bunlar regional oyunun müəyyən qaydalarının işlənib hazırlanmasında böyük çeviklik və kreativlik tələb edir, əlbəttə, son məqsəd sülh və sabitlikdirsə, “Avrasiya barıt çəlləyi”nin yaradılması deyilsə”.